Onlara universitetin ixtisasları, xüsusi təqaüd proqramları, keçid balları, Rəqəmsal UNEC platforması, beynəlxalq əməkdaşlıq imkanları, Universitet Daxili İki Diplom (UDİD) və minor proqramları, tələbə təşkilatları, UNEC Yaradıcılıq Mərkəzinin fəaliyyəti, eləcə də tələbələrin sosial həyatı barədə ətraflı məlumat verilib.
Abituriyentlər universitetin auditoriyaları, müasir texnologiyalar ilə təchiz edilmiş dərs otaqları, Nobel mükafatçısı professor Aziz Sancarın adına olan laboratoriya, universitetin idman zalı və inzibati otaqlarla tanış olublar.
Sonra abituriyentlər UNEC-in İnnovativ Gənclər Təşkilatının dəstəyi ilə universitetdə infotur ediblər.
Görüş zamanı abituriyentlərin sualları cavablandırılıb, universitetdən xoş ab-hava ilə ayrılıblar.
Qeyd edək ki, iyun ayının 21-dən iyul ayının 21-dək UNEC-də “Abituriyent Aylığı” elan olunub. Ay ərzində hər həftənin çərşənbə axşamı “Açıq qapı” günləri, cümə günləri isə UNEC-in rektoru ilə görüşlər keçiriləcək.
İştirak etmək üçün UNEC Bot – 012 492 60 43 nömrəsinə WhatsApp vasitəsilə yazmağınız kifayətdir.