Abituriyent və valideynlər üçün nəzərdə tutulmuş “Abituriyent Aylığı” iyun ayının 21-dən iyul ayının 21-dək davam edəcək.
“Abituriyent aylığı” çərçivəsində abituriyent və valideynlər hər həftənin cümə günü (V gün) UNEC rektoru, professor Ədalət Muradovla görüşmək imkanı əldə edəcəklər.
Həftənin II günləri isə universitetin bütün tədris binalarında “Açıq Qapı günü” keçiriləcək.
Həmçinin abituriyent və valideynlər üçün “Gələcəyin ixtisasları” mövzusunda ixtisas müəllimi ilə görüş keçiriləcək.
“Abituriyent aylığı” çərçivəsində keçiriləcək tədbirlər barədə ətraflı məlumat almaq məqsdilə UNEC Bot (0124926043) vatsap kanalı istifadəyə verilib. Abituriyent və valideynlər ay ərzində suallarını UNEC Bot-a yaza bilərlər. Həmçinin görüşlərdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
UNEC abituriyent və valideynləri ay ərzində onlar üçün yaradılmış bu imkanlardan faydalanmağa və gələcək peşə seçimində doğru addımlar atmağa dəvət edir.
Ay ərzində gündəlik olaraq UNEC-in rəsmi sosial hesablarında universitet barədə məlumatlar paylaşılacaq.