UNEC-də abituriyentlər üçün növbəti “Açıq qapı” keçirilib

03 AVQUST 2016 | VIEWS:
2216

Avqustun 3-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) abituriyentlər və valideynləri üçün “Açıq qapı” keçirilib. UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov onlara universitet haqqında ətraflı məlumat verib. UNEC tələbələri üçün universitetdə yüksək təhsil və gələcək karyera imkanlarının yaradıldığını qeyd edib. Universitetdə tədrisin 4 dildə – Azərbaycan, rus, türk və ingilis dillərində aparıldığını bildirən Ş.Bayramov, ikili diplom proqramları, UNEC Biznes Məktəbi, SABAH qrupları, Beynəlxalq İqtisadiyyat Məktəbi, Rus İqtisadiyyat Məktəbinin bakalavr proqramı barədə də danışıb.

Ş.Bayramov qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq, UNEC-in 1-ci kursuna daxil olan hər bir tələbəyə universitet hesabına əlavə təqaüd veriləcəyini də abituriyent və valideynlərin diqqətinə çatdırıb: “Tədris ilinin ilk semestri müddətində onlara 100 manat məbləğində təqaüd müəyyən edilib. Eləcə də, hər bir kurs üzrə imtahan nəticələrinə görə ən çox bal toplayan 15 tələbəyə ikinci əlaçı təqaüdü veriləcək. Məqsəd UNEC tələbələrinin təhsilə olan maraqlarının stimullaşdırılmasıdır”.

Sonra abituriyent və valideynlərin ixtisas seçimi, imtahan prosesi, ingilis, rus və türk dilində tədris, beynəlxalq əlaqələr, universitetin tədris binaları ilə bağlı sualları ətraflı cavablandırılıb. Görüşdən sonra abituriyent və valideynlər fərdi şəkildə də qəbul edilərək müraciətləri dinlənilib.

2217 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno