UNEC-də“Ağacları sevək günü”

16 MAY 2016 | VIEWS:

Hər il may ayının 16-sı bütün dünyada “Ağacları sevək günü” kimi qeyd olunur. Yer kürəsində iqlim dəyişikliyinə diqqəti artırmağı hədəfləyən həmin gün ağacların əkilməsi, yaşıllaşdırma və təbiətə qulluq tədbirləri həyata keçirilir.

UNEC-in SABAH qruplarının tələbələri bu günü özünəməxsus şəkildə qeyd ediblər. Təbiətsevər  tələbələr təhsil aldıqları auditoiyaları dibçək gülləri, müxətlif bitkilərlə bəzəyiblər. Bununla da SABAH tələbələri sağlam təbiətin təbliğinə öz dəstəklərini göstəriblər.