UNEC-də alt qruplarda ödəniş ləğv edilib

26 DEKABR 2015 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədris ilinin qış imtahan sessiyasının yekunu   nəzərə alınmaqla, akademik borcu olan tələbələr alt qruplara yazıldığı zaman götürdükləri kreditə görə nəzərdə tutulan təhsil haqqından azad edilib. Qərar Universitetin Elmi Şurasının iclasında qəbul edilib. Qərara əsasən, vəsait universitetin daxili imkanları hesabına ödəniləcək.