UNEC-də Çinin Hebei İqtisadiyyat və Biznes Universitetinin nümayəndə heyəti ilə görüş və mədəni proqram təşkil olunub

30 APREL 2025 | VIEWS:

Çinin Hebei İqtisadiyyat və Biznes Universitetinin (HUEB) nümayəndə heyəti və tələbələri hər iki universitet arasındakı əməkdaşlıq çərçivəsində UNEC-də rəsmi səfərdə olublar.

HUEB-in vitse-prezidenti xanım Du Hongmei, Beynəlxalq mübadilə mərkəzinin direktoru Shang Liwei və İncəsənət məktəbinin partiya katibi Liu Jingwang UNEC rektoru professor Ədalət Muradovla görüşüblər. Görüşdə universitetlərarası əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən bəhs olunub və gələcək hədəflər istiqamətində müzakirələr aparılıb.

Səfər çərçivəsində HUEB nümayəndələri UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) tələbələrlə görüşüblər və onlara “Çin dili və mədəniyyəti” mövzusunda ustad dərs keçiblər. Tələbələrə çin dilinin öyrənilməsi ilə bağlı praktiki tövsiyələr verilib, eyni zamanda Çin mədəniyyətinə məxsus milli rəqslər nümayiş etdirilib.

Səfərin ən yaddaqalan hissəsi isə HUEB-in İncəsənət Məktəbinin tələbələrinin hazırladığı konsert proqramı olub. Konsertdə çinli tələbələr ənənəvi rəqslər və musiqi nömrələri ilə çıxış edərək UNEC auditoriyasına unudulmaz anlar yaşadıblar. Tədbirdə UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbəsi, Yaradıcılıq Mərkəzinin Vokal dərnəyinin üzvü Nadir Əzimli “Sənə də qalmaz” mahnısını səsləndirib.

Çinli tələbələrin ifasında xalq “Sarı gəlin” mahnısının səslənməsi izləyicilər tərəfindən böyük alqışlarla qarşılanıb.

İki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişafı çərçivəsində təşkil olunan səfər akademik və mədəni baxımdan olduqca zəngin proqramla yadda qalıb.

UNEC-də Çinin Hebei İqtisadiyyat və Biznes Universitetinin nümayəndə heyəti ilə görüş və mədəni proqram təşkil olunub
Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - iptv anbieter - postegro giriş - baywinegir.com -
betgarantiyegir.com
- betexperegir.com - casino siteleri - lotobet güncel girişi - ucuz uz - Free twitch viewers - vozol