Tədbir UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilovanın açılış nitqi ilə başlayıb. Bayram proqramı çərçivəsində rəqs nömrələri, Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında fləşmob və müxtəlif musiqi ifaları təqdim olunub.
Şaxta baba və Qar qızın maraqlı çıxışları tədbirə xüsusi rəng qatıb, Şah Band qrupunun canlı ifaları isə bayram əhval-ruhiyyəsini daha da yüksəldib. Proqram boyunca keçirilən viktorinalarda fəallığı ilə seçilən tələbə və əməkdaşlara hədiyyələr təqdim olunub.