UNEC-də nümunəvi dərslər davam edir

01 FEVRAL 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) nümunəvi dərslər davam edir.
Növbəti dərsi Ticarət kafedrasının professoru Aydın Səmədov “Современные проблемы коммерческой науки» və professor Elşad Məmmədov «Проблемы формирования и развития рынка потребительских товаров в современных условиях» mövzusuna həsr edib.
Azərbaycan tarixi kafedrasının professoru Məhəbbət Paşayevanın dərsinin mövzusu isə “Azərbaycan ərazisində ilk cəmiyyət. Qədim dövrlər (Aratta, Lilibi, Manna, Midiya, Atropatena, Albaniya)” olub.
Fizika və kimya kafedrasının professoru Mayıl Tağıyev “Molekulyar-kinetik nəzəriyyənin əsasları”, Texnoloji maşınlar və sahə avadanlıqları kafedrasının professoru Məzahir Fərzəliyev isə “Mexaniki ötürmələrin hesablanması” mövzusunda məruzə ilə çıxış ediblər.
Beynəlxalq İqtisadi Münasibətlər kafedrasının professoru Rüfət Qasımov “İnkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətləri”, Rasim Həsənov “Azərbaycanın xarici iqtisadi strategiyasının formalaşması xüsusiyyətləri” haqqında danışıb.
Beynəlxalq ticarət və gömrük işi kafedrasının müdiri, professor Arif Şəkərəliyev “Azərbaycanın qeyri-neft sektorunun ixrac potensialının istifadə tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri”, Beynəlxalq iqtisadiyyat kafedrasının müdiri, professor İrşad Kərimli “Geoiqtisadiyyat və Azərbaycanın milli maraqlarınını reallaşması istiqamətləri” mövzusunda nümunəvi dərs keçiblər.
Nümunəvi dərslərin məqsədi təhsil verənlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda qocaman professor və təcrübəli pedaqoqların tədris və təlim texologiyaları sahəsində öz biliklərini gənc nəslə ötürməsidir.