UNEC-də PBL yanaşması: “Bu metod tələbələrin öyrənməyə olan motivasiyasını artırır”

21 MAY 2025 | VIEWS:

UNEC-də tədrisin məzmununa və metodologiyasına gətirilən yeniliklərdən biri də Layihə və Problem Əsaslı Öyrənmə (PBL və PBL – Project-Based Learning & Problem-Based Learning) yanaşmalarının tətbiqidir.

Layihəyə rəhbərlik edən İsrailli beynəlxalq mütəxəssis, UNEC rektorunun müşaviri Dan Freifeld PBL-lə bağlı fikirlərini bölüşüb:

“Biz UNEC-də innovativ tədris metodlarının tətbiqinə başlamışıq və bu istiqamətdə ilk addım kimi PBL yanaşmasını həyata keçirmişik. PBL – yəni layihə yönümlü öyrənmə tələbənin bilikləri sadəcə qəbul etdiyi deyil, aktiv şəkildə öyrəndiyi bir mühit yaradır. Burada müəllim ənənəvi roldan çıxaraq tələbə ilə birlikdə prosesə daxil olur, birlikdə düşünür, araşdırır və layihə hazırlayır. Artıq müəllim auditoriyaya gəlib məlumatı izah edən deyil, öyrənməni birlikdə quran tərəfdir.”

PBL metodunun üstünlüklərindən danışan D.Freifeld bu yanaşmanın müasir əmək bazarının tələblərinə cavab verdiyini qeyd edir:

“Bəs bu niyə vacibdir? Çünki artıq 21-ci əsrdə yalnız nəzəri biliklər kifayət deyil. Əmək bazarında tələb olunan əsas bacarıqlar – yəni kommunikasiya, komandada işləmək, çeviklik və yaradıcılıq kimi yumşaq bacarıqlar – məhz bu cür metodlarla formalaşır. Layihə əsaslı və problem əsaslı öyrənmə tələbələri bu bacarıqlarla silahlandırır.”

İsrailli mütəxəssis deyir ki, UNEC-də hal-hazırda iki paralel istiqamət üzrə iş aparılır:

“Layihə əsaslı öyrənmədə müəllim və tələbə birlikdə bir problemi həll etməyə çalışırlar. Məsələn, tələbələr “şəhərdəki plastik tullantılar” problemini araşdırır, səbəbləri müəyyən edir və praktiki həll yolları təqdim edirlər. Problem əsaslı öyrənmədə isə tələbələr daha real və sosial yönümlü problemlər üzərində işləyirlər. Məsələn, sağlamlıq imkanları məhdud insanlarla bağlı real bir problem üzərində işləyərək, onlarla birbaşa ünsiyyətdə olurlar, ehtiyacları müəyyən edir, prototiplər hazırlayır və test edirlər. Əsas məqsəd yaradılan həllin gerçək həyatda işləyib-işləmədiyini yoxlamaqdır.”

Sonda isə Freifeld bu metodun UNEC-də ilk dəfə tətbiq olunduğunu vurğulayaraq, tələbələrin bu yanaşmaya göstərdiyi müsbət münasibəti qeyd edir:

“Düşünürəm ki, bu metod tələbələrin öyrənməyə olan motivasiyasını artırır. Onlar artıq dərsi sadəcə keçilməli olan fənn kimi deyil, həyatla birbaşa əlaqəsi olan bir proses kimi görürlər. Bu da gələcəkdə onların əmək bazarında uğur qazanmasına ciddi şəkildə kömək edəcək.”

UNEC-də PBL yanaşması: “Bu metod tələbələrin öyrənməyə olan motivasiyasını artırır”

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - postegro giriş - casino siteleri - ucuz uz - vozol -
volgerskopen.com