UNEC-də “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

27 MAY 2025 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində UNEC-in 95 illik yubileyinə həsr edilmiş “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın inkişaf perspektivləri” mövzusunda Respublika elmi-praktiki konfrans keçirilib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad olunması ilə başlayıb.

Elm və innovasiya məsələləri üzrə prorektor, professor Rövnəq Rzayev konfransda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın dayanıqlı inkişafının idarə edilməsi istiqamətləri barədə ətraflı məlumat verib. O, regionların iqtisadi potensialının reallaşdırılması, sahibkarlıq mühitinin təkmilləşdirilməsi və müasir idarəetmə modellərinin tətbiqinin zəruriliyini vurğulayıb.

Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi inkişafının strateji məsələləri” mövzusunda, UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədov “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları: elm, təhsil və mədəniyyət”, Biznes və menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov “Böyük Qayıdışın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sosial iqtisadi əhəmiyyəti və gələcək inkişaf perspektivləri”, PAŞA Group  FMG   rəsmi qurumlarla iş üzrə menecer Fuad İbrahimov “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında logistik infrastrukturun inkişafının regional əhəmiyyəti və perspektivləri”, BİNA MTK-nın təsisçisi Rüstəm Məmmədov “Kiçik və orta sahibkarlığın inkişafında beynəlxalq təcrübənin tətbiqi imkanları”, “Azərsun” Ticari Satınalmalar Departamentinin rəhbəri Muhammed Emin Kalan “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi dirçəlişində yerli sahibkarlarla satınalma prosesinin təşkili və onun optimallaşdırılması yolları” mövzularında məruzə ilə çıxış ediblər.  

Konfrans “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında logistik infrastrukturun inkişafının regional əhəmiyyəti və  perspektivləri”,”Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın dayanıqlı inkişafının  idarə edilməsi istiqamətləri”,”Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biznesin inkişafının marketinq aspektləri”, “Kiçik və orta biznes üçün innovativ texnologiyalar və rəqəmsal həllər”  adlı panel müzakirələrlə davam edib.

UNEC-də “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

 

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - postegro giriş - casino siteleri - ucuz uz - vozol -
volgerskopen.com