UNEC-də Scopus bazasında məqalə sayına görə fərqlənən kafedralar “Təşəkkürnamə”lərlə təltif olunub

11 APREL 2025 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2024-cü il üzrə Scopus bazasında indekslənən ən çox elmi əsərlərin sayına görə fərqlənən kafedralar təltif olunub.

Tədbirdə UNEC rektoru prof. Ədalət Muradov, elm və innovasiya məsələləri üzrə prorektor prof. Rövnəq Rzayev və universitetin professor-müəllim heyəti iştirak edib.

“Mühəndislik və tətbiqi elmlər” və “Maliyyə və audit” kafedraları 2024-cü il üzrə Scopus bazasında indekslənən ən çox elmi əsərlərin sayına görə, “Biznesin idarə edilməsi” kafedrası 2024-cü il üzrə Scopus bazasında Cite Score kateqoriya kvartili Q1 olan jurnallarda ən çox elmi əsərlərin sayina görə, “İqtisadiyyat” kafedrası isə 2024-cü il üzrə Scopus bazasında ən çox xarici həmmüəllifi elmi əsərlərin sayına görə fərqləniblər. 

UNEC rektoru prof. Ədalət Muradov Elm Festivalının təşkil olunmasında fəal iştirak edən əməkdaşlara təşəkkürünü bildirərək, onlara  gələcək  fəaliyyətlərində uğurlar arzulayıb.

Həmçinin rektor çıxışında, Scopus və Web of Science çap olunmuş məqalələrin və istinadların sayının artımına görə UNEC-in dünyada lider olduğunu qeyd edib. Rektor UNEC-də elmin rəqəmsallaşması ilə bağlı həyata keçirilən yeni layihələr barədə də ətraflı məlumat verib.

Sonra professor-müəllim heyəti onlara verilən dəyəri yüksək qiymətləndirərək, universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonda prof. Ədalət Muradov fərqlənən kafedralara “Təşəkkürnamə”ləri təqdim edib.

UNEC-də Scopus bazasında məqalə sayına görə fərqlənən kafedralar “Təşəkkürnamə”lərlə təltif olunub
Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - iptv anbieter - postegro giriş - baywinegir.com -
betgarantiyegir.com
- betexperegir.com - casino siteleri - lotobet güncel girişi - Deneme Bonusu Veren Siteler - ankara escort - ucuz uz - Free twitch viewers - vozol