UNEC-də təcrübədə olan isveçrəli tələbələr ARDNF-nin fəaliyyəti ilə tanış olublar

23 SENTYABR 2022 | VIEWS:

UNEC-də təcrübədə olan isveçrəli tələbələr Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) səfər ediblər.

Fondun inzibati binası və muzeyi ilə tanış olan tələbələrə ARDNF-nin investisiya fəaliyyəti, neftdən əldə edilən gəlirin bölündüyü sahələr, vəsaitlərin idarə olunması və ölkənin sosial-iqtisadi tərəqqisinə xidmət missiyası altında Fondun maliyyələşdirdiyi milli layihələr barədə ətraflı məlumat verilib.

shttps://news.unec.edu.az/xeber/9169-unec-de-tecrubede-olan-isvechreli-telebeler-ardnf-nin-fealiyyeti-ile-tanish-olublar