UNEC-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq seminar keçirilib

25 FEVRAL 2021 | VIEWS:
201

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq seminar keçirilib.

Tədbirdə millət vəkilləri Aqil Abbas, Elman Məmmədov, UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, Portuqaliya, İngiltərə, İspaniya, Ukrayna, Gürcüstan da daxil olmaqla dünyanın 17 ölkəsindən nümayəndələr iştirak edib.

Tədbir iştirakçılarını salamlayan rektor Ədalət Muradov Xocalı soyqırımını dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi tələb olunan faciə adlandırıb. Xocalı soyqırımı haqqında Ermənistan “ziyalıları”nın yazdıqları “Xaç uğrunda”, “Ruhumuzun dirçəlişi” əsərlərində ermənilərin Xocalı əhalisinə qarşı törətdikləri vəhşilikləri diqqətə çatdıran rektor, həmin cinayətləri qələmə alan erməni “ziyalıları”nın bununla da Xocalı soyqırımını etiraf etmiş olduqlarını vurğulayıb.

44 gün ərzində davam edən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumuzun qəhrəmanlığı ilə Qarabağın işğaldan azad olunmasının Xocalıda soyqırıma məruz qalmış həmvətənlərimizin qisasının müəyyən qədər alındığını deyən professor Ədalət Muradov, Xocalı soyqırımının bütün dünyada tanınması istiqamətində səylərin bundan sonra daha da artırılmasının vacibliyini vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində, parlamentlərində Xocalı soyqırımının tanındığını diqqətə çatdırıb. Rektor tədbirin keçirilməsinin əsas məqsədinin XX əsrin sonunda erməni faşistlərinin Azərbaycan ərazisində türklərə qarşı etdiyi soyqırımın tanınması üçün dünya ictimaiyyətinə bir çağırış olduğunu bildirib.

Millət vəkili, Xocalı şəhər icra başçısı vəzifəsində çalışmış Elman Məmmədov ötən əsrdə Azərbaycanın dəfələrlə ermənilər tərəfindən soyqırıma məruz qaldığını vurğulayıb. 29 il öncə ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən söz açan millət vəkili, həmin vaxt erməni faşistləri tərəfindən günahsız insanların, uşaqların, qocaların, o cümlədən anasının qətlə yetirildiyini bildirib. Elman Məmmədov ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımının ilk dəfə hüququ və siyasi qiymət aldığını, sonradan isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu soyqırımın tanınması istiqamətində işlərin daha geniş vüsət aldığını deyib. Xocalı ilə yanaşı, işğal dövründə soyqırıma məruz qalan digər ərazilərimizdə ermənilərin törətdikləri kütləvi qırğınların dünyaya çatdırılması və cinayətkarların cəzalandırılması istiqamətində təbliğat işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən millət vəkili Aqil Abbas Xocalı soyqırımı zamanı baş verən hadisələrdən danışıb. Faciənin şahidi olmuş millət vəkili, soyqırım zamanı həlak olanların sayının daha çox olduğunu, bu faktların ermənilərin yazdığı əsərlərdə də əks olunduğunu deyib. Aqil Abbas 44 günlük müharibədə ermənilərin öz cinayət əməllərini dünya ictimaiyyəti qarşısında davam etdirdiklərini, dinc əhalini raket atəşinə tutduqlarını diqqətə çatdırıb. Azərbaycanın Vətən müharibəsində yalnız hərbi meydanda öz ərazilərinin işğaldan azad olunması uğrunda qəhrəmanlıqla mübarizə apardığını bildirib.

Sonra UNEC-in professoru Abbas Seyidov “Xocalı faciəsi Azərbaycan xalqına qarşı yönələn soyqırımdır” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirə qatılan İstanbul Universitetinin professoru Kutluk Kağan Sümer Xocalı soyqırımını bütün Türk dünyasının faciəsi adlandırıb. Azərbaycanın böyük zəfəri ilə bitən 44 günlük müharibənin də məhz ermənilər tərəfindən başlandığını diqqətə çatdıran professor, ermənilərin tarix boyu törətdikləri vəhşiliklərdən, təxribatlardan söz açıb.

Gürcüstan Dövlət Universitetinin professoru Otar Abesadze tədbirin Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.

“Kiyev-Mohila Akademiyası” Milli Universitetinin professoru, Ukraynalı və azərbaycanlı ziyalılar assambleyası İctimai Təşkilatının rəhbəri Fərhad Turanlı Xocalı soyqırımının tarixi, hüquqi və siyasi qiymətləndirilməsindən danışıb, Ukraynada Xocalı həqiqətlərinin ictimaiyyətə çatdırılması istiqamətində aparılan işlərdən bəhs edib.

Sonda Xocalı sakini, UNEC-in əməkdaşı Nərmin İbrahimova 29 il öncə Xocalıda yaşanan hadisələrdən danışıb, ailəsinin yaşadığı məcburi köçkün həyatından, faciənin törətdiyi psixoloji travmalardan söz açıb. Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında gəncləri fəal olmağa çağırıb.

UNEC-in şöbə müdiri Rəna Hüseynovanın moderatorluğu ilə keçirilən beynəlxalq tədbir UNEC-in rəsmi Facebook səhifəsində çanlı yayımlanıb.

*

https://news.unec.edu.az/xeber/100-elm/7207-bold-red-unec-de-xocali-soygiriminin-29-cu-ildonumune-hesr-olunan-beynelxalg-seminar-kechirilib-bold-red

202 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno