İclasda yaz imtahan sessiyasına hazırlığın vəziyyəti, dərs yükünün bölgüsü, təhsil haqları ilə bağlı mövcud durum müzakirə olunub.
İmtahan mərkəzinin direktoru Tahir Bədəlov yaz imtahan sessiyasına hazırlığın vəziyyəti barədə məlumat verərək, test üsulu və elektron yazılı imtahanların obyektiv və şəffaf keçirlməsi üçün bütün zəruri işlərin görüldüyünü deyib. O, imtahan testləri və imtahan cədvəllərinin tələbələrin şəxsi kabinetlərinə göndərildiyini, imtahanqabağı məsləhət saatlarının keçirilmə qrafiklərinin tərtib edildiyini, fakültələr üzrə imtahan komissiyalarının, eləcə də İmtahan Qərargahının yaradıldığını bildirib. Eyni zamanda imtahan zallarına texniki baxışın keçirildiyini və avadanlıqların işlək vəziyyətdə olduğunu qeyd edib.
İclasda bildirilib ki, bu sessiya dövründən başlayaraq test üsulu ilə keçirilən imtahanlardan apelyasiya ərizələri qəbul olunmayacaq.
İmtahan sessiyası dövründə ənənəvi olaraq UNEC rektorunun hər həftənin şənbə günü “Açıq qapı” günlərinin keçiriləcəyi də bildirilib.