UNEC Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edir

29 DEKABR 2015 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və Sənaye fakültəsində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Maliyyə Nazirinin müşaviri, iqtisadçı alim və şair Elxan Cəfərov, Heydər Əliyev adına “Azərbaycan – Qazaxıstan” Respublika Dostluq Cəmiyyətinin prezidenti Eldar Günaydın, fakültə rəhbərliyi, UNEC-in  professor-müəllim və tələbə heyəti iştirak edib.

Maliyyə Nazirinin müşaviri Elxan Cəfərov bildirib ki, milli səviyyədə keçirilən bayram ulu öndər Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirmək məharətini bir daha nümayiş etdirir və dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.

“Azərbaycan – Qazaxıstan” Respublika Dostluq Cəmiyyətinin prezidenti Eldar Günaydın bildirib ki, 1991-ci ilin 16 dekbrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etməklə dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmağa nail olub.

Tədbirdə Elxan Cəfərovun poeziyasında söhbət açılıb, şeirləri və tanınmış müğənnilərin ifasında sözlərinə bəstələnən mahnılar ifa olunub.

UNEC-in Türk Dünyası İşlətmə, Beynəlxalq İqtisadi Münasibətlər və Biznes İnzibatçılığı fakultələrində də DünyaAzərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibətilə tədbirlər keçirilib. Tədbirdə UNEC-in Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında musiqi nömrələri səslənib.

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - postegro giriş - casino siteleri - ucuz uz - vozol -
volgerskopen.com