UNEC əməkdaşlarına döş nişanları təqdim olunub

10 SENTYABR 2025 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illiyi münasibətilə və yüksək ixtisaslı peşəkar iqtisadçı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən “Döş nişanı” ilə təltif olunan əməkdaşlarla görüş keçirilib.

Döş nişanlarını təqdim etmək məqsədilə təltif olunan əməkdaşlarla görüşən UNEC rektoru professor Ədalət Muradov yeni tədris ilinin başlaması və təltifolunmaları münasibətilə onları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

Rektor bildirib ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə 14 nəfər əməkdaş döş nişanı, 44 nəfər Fəxri Fərman, 24 nəfər isə Təşəkkürmanə ilə təltif edilib. O, UNEC əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndiriyi üçün cənab nazirə təşəkkürünü bildirib. 

Təltif olunan əməkdaşların hər birinin universitetin əldə etdiyi uğurlarda xüsusi rolu olduğunu deyən rektor, onların gələcəkdə də UNEC-in inkişafına mühüm töhfələr verəcəklərinə əmin olduğunu vurğulayıb.

Sonra əməkdaşlara döş nişanları təqdim olunub.

UNEC əməkdaşlarına döş nişanları təqdim olunub