UNEC-in rektoru,prof. Ə. Muradov “Əmtəəşünaslıq” fakültəsinin tələbə və müəllimlərini 3 saylı tədris binasında qəbul edəcək

29 OKTYABR 2015 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun tələbə,valideyn və müəllimlərlə, eyni zamanda əməkdaşlarla görüşü onların təhsil aldıqları və çalışdıqları tədris binalarında keçiriləcək. Qəbula noyabr ayından başlanılacaq.

İlk qəbul 3 noyabr tarixində “Əmtəəşünaslıq” fakültəsində təşkil olunacaq.

Görüşlər hər həftənin çərşənbə axşamı bütün tədris binalarında növbəli şəkildə keçiriləcək. Tələbələr və valideynlər 13:30-dan 14:30-dək, müəllimlər və digər əməkdaşlar 14:30-dan 15:30-dək qəbul olunacaqlar.

Qəbula yazılmaq üçün (012) 505-48-01 nömrəsinə zəng etmək lazımdır. Rektor görüşdə müvafiq tədris binasında çalışan tələbə, müəllim və əməkdaşların müraciətlərini dinləyəcək.