Görüşdə Bişkek Dövlət Universitetinin rektoru Mirlan Dyldaev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova, elmi katib Ərəbiyyə Mustafayeva, Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Hafis Hacıyev, “Maliyyə və audit” kafedrasının müdiri, professor Əvəz Ələkbərov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova və Daxili audit şöbəsinin müdiri dosent Rəşad Muradov iştirak ediblər.
Görüş zamanı hər iki universitet barədə məlumat mübadiləsi aparılıb. UNEC-in beynəlxalq reytinqlərdə əldə etdiyi yüksək nəticələri rektor Mirlan Dyldaev yüksək qiymətləndirərək, Bişkek Dövlət Universitetinin UNEC ilə əməkdaşlıqda maraqlı olduğu bildirilib.
Müzakirələrin sonunda tələbə və müəllim mübadiləsi, birgə layihələrin və konfransların təşkili, həmçinin müştərək elmi məqalələrin hazırlanması və digər istiqamətlərdə əməkdaşlığa dair razılıq əldə olunub.