UNEC-in əcnəbi tələbələri informasiya turunda

04 DEKABR 2015 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün AYAN MMC-yə informasiya turu təşkil edilib. Bu dəfə UNEC-in əcnəbi tələbələri nüfuzlu qida sektoru ilə maraqlanıblar.

İstehsal sahələri və müasir laboratoriyalarla tanış olan tələbələr şirkətin istehsal prosesində birbaşa iştirak ediblər.

İnformasiya turunun sonunda tələbələr şirkətin karyera imkanları haqda suallarını veriblər. AYAN MMC əcnəbi tələbələrə xüsusi hədiyyələrini təqdim edib.

Ümumiyyətlə, UNEC-də korporativ sektora informasiya turlarının keçirilməsində məqsəd tələbələrə praktiki iş təcrübəsini aşılamaq, onlara aparıcı şirkətləri yaxından tanımağa yardım etməkdir.

Tədris ilinin sonuna kimi davam edəcək informasiya turları çərçivəsində UNEC tələbələrinə Azərbaycanın nüfuzlu müəssisələri ilə yaxından tanış olmaq imkanı yaradılacaq.