UNEC-in rektoru Çində işgüzar səfərdədir: Lanzhouda mühüm əməkdaşlıqlara imza atılıb

10 İYUN 2025 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir.

Səfərin məqsədi təhsilin keyfiyyətinin artırılması, tədqiqatların stimullaşdırılması, müasir təhsil texnologiyalarının (EdTech) tətbiqi və yeniliklər sahəsində Çin universitetlərinin təcrübəsi ilə tanış olmaq, bu istiqamətdə faydalı əməkdaşlıqlar qurmaq, eləcə də çinli gəncləri UNEC-də təhsil cəlb etmək olub.

Səfərin ilk günündə UNEC nümayəndə heyəti Lanzhou Şimal-Qərb Normal Univetsitetində (Northwest Normal University) olub. 31 min tələbənin təhsil aldığı və MBA proqramı üzrə Çinin ən yaxşı universitetlərindən olan LŞQNU ilə UNEC arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq, MBA proqramı, iqtisadiyyat və menecment üzrə birgə kadr hazırlığı, “CFA Talents” layihəsini həyata keçirmək, eləcə də tələbə-müəllim mübadiləsinə başlamaq barədə razılıq əldə edilib.

UNEC nümayəndə heyəti Lanzhou Maliyyə və İqtisadiyyat Universitetində də (Lanzhou University of Finance and Economics) görüşlər keçirilib. Geniş tərkibdə aparılan müzakirələrin yekununda UNEC və Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb.

Səfər çərçivəsində UNEC rektoru professor Ədalət Muradovun iştirakı ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universitetində Çin-Azərbaycan Təhsil Əməkdaşlığı Mərkəzinin (China-Azerbaijan Education Cooperation Center) açılışı olub. Mərkəzin əsas missiyası hər iki universitetdə, eləcə də ali təhsil sahəsində yenilikləri paylaşmaq, müasir təhsil texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq etmək, rəqəmsal və ağıllı təhsilə keçidlə bağlı təcrübə mübadiləsini həyata keçirməkdir.

Çinə səfər zamanı qurulan ən əhəmiyyətli əməkdaşlıqlardan biri də Lanzhouda UNEC-in nümayəndəliyinin açılışı olub. Nümayəndəliyin əsas missiyası çinli gəncləri UNEC-də təhsil almağa təşviq etmək və bu ali təhsil müəssisəsinin üstünlükləri barədə onları məlumatlandırmaqdır. Açılış mərasimində Lanzhoudakı UNEC-in nümayəndəliyinin rəhbəri Dr. Renying Li iştirakçılara təqdim edlib.

UNEC-in rektoru Çində işgüzar səfərdədir: Lanzhouda mühüm əməkdaşlıqlara imza atılıb
Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - Vazol - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - postegro giriş - ucuz uz - vozol -
volgerskopen.com