UNEC ilə Rusiyanın Milli Tədqiqat Universiteti “Ali İqtisad Məktəbi” arasında imzalanmış müqaviləyə uyğun olaraq tələbələrimiz üçün Rusiyada təhsil təcrübəsində iştirak imkanı yaradılmışdır.
Təcrübədə iştirak etmək üçün müsabiqəqə iştirak etmiş və proqrama tövsiyyə olunan UNEC-in 3 tələbəsi 12-26 oktyabr 2015-ci il tarixlərində Ali İqtisad Məktəbində “Dünya iqtisadiyyatı” və “İqtisadiyyat və sənaye” ixtisasları üzrə seçilmiş fənlər üzrə təhsil alacaq, universitetin infrastrukturu, tədris və təlim prosesi ilə yaxından tanış olacaq, əlavə təcrübə və biliklər əldə edəcək, elmi seminar və konfranslarda iştirak edəcəklər.
Sonda iştirakçı tələbələrə sertifikatlar veriləcək.
Qeyd: UNEC Rusiyanın Milli Tədqiqat Universiteti “Ali İqtisad Məktəbi” ilə 2015-ci ilin aprel ayından əməkdaşlıq edir. İmzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində bir çox uğurlu layihələrə start verilmişdir.