UNEC iqtisadçıları və Çin tədqiqatçısı dünya iqtisadiyyatındakı mövcud vəziyyəti müzakirə ediblər

18 DEKABR 2015 | OXUNUB:
384

Çin Xalq Respublikasının “Çin Beynəlxalq Tədqiqatlar İnstitutu”nun tədqiqatçısı Bai Lianlei Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. UNEC-də görüş  Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yanında Beynəlxalq İnkişafa Yardım Agentliyinin təşkilatçılığı ilə keçirilən “Qonaq elmi işçilərin mübadiləsi proqramı” çərçivəsində baş tutub.

Elm və İnnovasiyalar Mərkəzinin, İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitunun, Beynəlxalq İqtisadiyyat Məktəbi və MBA Departamentinin əməkdaşları ilə  keçirilən görüşdə son dövrlərdə dünya iqtisadi sistemində mövcud vəziyyət əsas müzakirə mövzusu olub. Həmçinin Azərbaycanın iqtisadiyyatının inkişaf imkanları və şəxaləndirilməsi, ÜDM-in artımı və adambaşına düşən ÜDM həcmi, kənd təsərrüfatı, sənaye, xidmət və nəqliyyat sahələri, eləcə də İpək yolu haqqında  fikir mübadiləsi aparılıb.Görüşdə, dünyada əsas valyuta məzənnələrinin dəyişməsi, enerji resursları, xammal və məhsulların ixrac-idxal potensialı, Azərbaycanın Qafqaz regionunda yeri, qonşu ölkələr və digər region ölkələri ilə iqtisadi-ticarət əlaqələrinə də toxunulub.

385 1