“UNEC Kuboku – 2017” həyəcanı başlayır

09 OKTYABR 2017 | VIEWS:

kubok11_oBu gün “UNEC Kuboku – 2017”nin (Payız) ilk açılış oyunu keçiriləcək.

Saat 21:00-da Azfar stadionunda baş tutacaq ilk oyunda “UNEC United” ilə “İqtisadçılar” komandası yarışacaq.

“UNEC United” komandasını Maliyyə və Təminat Departamenti, Daxili Audit şöbəsi, İnsan resursları və UNEC Biznes Mərkəzinin əməkdaşları  və “İqtisadçı” komandasını isə universitetin gənc kadrları təmsil edəcək.

UNEC ailəsini komandalarımıza dəstək olmağa çağırırıq!

Komandalarımıza uğurlar arzulayırıq!