UNEC müəllimləri Avropa universitetlərində dərslər deyib

25 MAY 2017 | VIEWS:

UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri, Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimi Anar Kazımov Macarıstanın Dunaujvaros Universitetində dərslər aparıb.

Dərslər biznesin idarəolunması ixtisası üzrə əcnəbi tələbələr üçün təşkil olunub.

Departament rəhbəri eyni zamanda UNEC-lə Dunaujvaros Universiteti  arasında gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair müzakirələr aparıb.

Qeyd edək ki, Erasmus+ proqramına uyğun olaraq baş tutan səfər çərçivəsində  UNEC-in daha iki əməkdaşı Dunaujvaros Universitetində mübadilədə iştirak edir.