UNEC professorları Türkiyənin nüfuzlu universitetlərində tədrisin təşkilini müzakirə ediblər

11 FEVRAL 2016 | VIEWS:
1052

Fevralın 11-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türkiyə universitetlərinə ezam olunan professorlarla görüş keçirilib.

Görüşdə professorlar ilk dəfə geniş tərkibdə təşkil edilən səfərin UNEC üçün faydalı olduğunu bildiriblər. Türkiyənin ali təhsil sistemi ilə yaxından tanış olduqlarını qeyd edərək, bakalavr, magistr və doktorantura pilləsində tətbiq edilən yeniliklərdən danışıblar. Eyni zamanda UNEC-də tətbiq olunan yeniliklərlə bağlı təqdimatla çıxış etdiklərini qeyd ediblər. UNEC-də tətbiq edilən differensial əmək haqqı sisteminin türkiyəli professorların marağına səbəb olduğunu bildiriblər.

Türkiyənin İstanbul, Sakarya və Uludağ universitetlərində keçirilən görüşlərdə professorlar tədris planları, ixtisaslaşma təcrübəsinin öyrənilməsi, tədrisin təşkili, tədris metodu, müəllim-tələbə münasibətləri, tələbənin dərsə davamiyyəti, istehsalat təcrübəsinin təşkili kimi məsələləri müzakirə ediblər. Universitetlərin real sektorla əməkdaşliq təcrübəsi, xüsusilə də bu universitetlərin texnoparklarında reallaşan startap layihələri ilə tanış olublar.

Rektor Ə.Muradov Türkiyə ali təhsil müəssisələrinin təcrübəsinin faydalı olduğunu bildirib. Təcrübənin UNEC-də tətbiqinin mümkünlüyü müzakirə edilib. Rektor professorlara tövsiyə edib ki, pedaqoji heyətin elmi potensialını artırmaq məqsədi ilə türkiyəli professorlarla görüşlər video konfrans formatında davam etdirilsin. Ə.Muradov UNEC professorlarının elmi məqalələrinin həmin universitetlərin elmi jurnallarında, Türkiyəli alimlərin əsərlərinin isə UNEC-in nəşrlərində çap etdirilməsini, sonda bu əsərlər əsasında türk dünyası alimlərinin elmi araşdırmalarından ibarət kitabın nəşr olunmasını tövsiyə edib.

Müəssisənin iqtisadiyyatı kafedrasının müdiri Əli Hacıyev Sakarya universitetində keçirdikləri görüşdə gələcəkdə UNEC-də hazırlanan ixtisaslarda yer alması nəzərdə tutulan sənaye mühəndisliyi ixtisası üçün mühüm əhəmiyyəti olan Mühəndislik fakültəsinin fəaliyyətini araşdırdığını bildirib: “Fakültə rəhbərliyi ilə fikir mübadiləsi apardıq və bu qərara gəldik ki, UNEC-in İqtisadiyyat və sənaye fakültəsi ilə Sakarya Universitetinin Sənaye mühəndisliyi fakültəsinin əlaqələri müntəzəm olaraq davam etdirilsin”.

Təcrübə mübadiləsinin vacibliyini vurğulayan rektor nümayəndə heyətinin UNEC-in digər professor-müəllim heyəti ilə görüşlərdə səfər barədə geniş müzakirələr aparılmasının vacibliyini qeyd edib.

1053 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno