UNEC rektoru PBL metodunun yekun nəticələrinə dair əməkdaşlarla görüş keçirib

03 İYUL 2025 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov UNEC Dizayn Məktəbində yeni tətbiq olunan PBL metodunun yekun nəticələrini əməkdaşlarla müzakirə edib.

Görüş zamanı professor Ədalət Muradov, PBL metodununun tətbiqinin  tələbələr arasında sağlam rəqabəti, analtik düşüncəni, komanda ilə birgə işləmə qabiliyyətini və yaradıcı yanaşma kimi əsas bacarıqların inkişaf etdiyini vurğulayıb. Rektor gələcəkdə bu metodla tədris olunan fənlərin sayının artacağını bildirərək, süni intellektin PBL-də tətbiq ediləcəyini iştirakçıların nəzərinə çatdırıb.

Sonra kafedranın dekanı dos. Lalə Məmmədova PBL metodunun tətbiqi zamanı əldə olunan yekun nəticələr və gələcək planlarla bağlı çıxış edib. O, tələbələrin bu metod sayəsində layihələri daha yaradıcı şəkildə işlədiklərini, təhsil keyfiyyətində ciddi irəliləyişin olduğunu, həmçinin müəllim-tələbə münasibətlərinin daha fəal və məhsuldar olduğunu diqqətə çatdırıb.

Görüş PBL metodu çərçivəsində müzakirələrlə davam edib.

UNEC rektoru PBL metodunun yekun nəticələrinə dair əməkdaşlarla görüş keçirib