UNEC rektoru: “Yüksək zirvələri fəth edəcəyik” – MÜSAHİBƏ

13 NOYABR 2015 | VIEWS:
4822

“İqtisadiyyat” qəzeti Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun Təhsil TV-yə müsahibəsini yayımlayıb. Müsahibəni təqdim edirik:

– Biliklər iqtisadiyyatı dövründə rəqabətlilik istedad axtarışı üzərində tənzimlənir. Ən yaxşı bilikəri verə bilən və bu istedadları tapa bilən ölkələr öndədir. Beləliklə, bu gün dünyanın diqqəti həm də universitetlərə yönəlib və biz də Təhsil TV-nin Modern.az saytı ilə birgə “Rektorla üzbəüz” tele layihəsində UNEC-in rektoru, professor Ədalət Muradovla universitetlərdən, onun missiyası və vizyonundan danışacağıq. Bir məqamı qeyd edim ki, 1834-cü ildə Berlinin məhşur Humboldt universiteti tədqiqat və araşdırma misiyasını birgə nəzərdən keçirirdi və o dövrdən başlayaraq məhz tədqiqat universitetləri eyni zamanda araşdırma universitetləri ilə bağlı fikirlər dövriyəyə gəlir. Bununla bağlı müxtəlif ölkələrdə çox ciddi təcrübələr var. Ədalət müəllim, bizim bugünkü layihəmizə xoş gəlmisiniz. Tədqiqat universitetləri sözünü təsadüfən demədim. Biz bu gün araşdırma və tədqiqat sözlərini universitetlərin missiyasında necə təsəvvür etməliyik?

– Cəsarət müəllim, öncə dəvətinizə görə sizə təşəkkür edirəm və Təhsil TV-nin yaradılması münasibəti ilə sizi təbrik edirəm. Təhsil sektorunda çox lazımılı bir tədbir həyata keçirilib və əminəm ki, Təhsil TV təhsil sektorunda həyata keçirilən islahatların işıqlandırılması və mövcud problemlərin müzakirəsi baxımından çox faydalı bir meydanolacaq. Əlbəttə, hər bir universitet istərdiki, tədqiqat universiteti kimi tanınsın. Amma reallıq bir az fərqlidir. Sırf klassik universitetlər baxımından universitet həm biliyi istehsal etməli, həm də onu ötürməli, paylaşmalıdır. Burada özəllik ondan ibarətdir ki, bütün bu işlər hamısı bir nəfərin- müəllimin üzərində cəmləşir. Sual yaranır ki, müəllimlər tədqiqat aparmalıdırmı? Cavab birmənalıdır – aparmalıdır!

İkinci sual odur ki, bütün müəllimlər tədqiqat aparmalıdırmı? Burada fikir ayrılığı yaranır. Ən azından, onların potensialı baxımından bütün müəllimlər tədqiqatçı ola bilmir. Ona görə də düşünürəm ki, universitetlərin tədqiqat istiqamətində fəaliyyəti hökmən olmalıdır. Amma öncə bu tədqiqatı apara biləcəkpotensial aşkarlanmalıdır və opotensiala arxalanaraq universitetlərin tədqiqat işlərini təşkil etmək lazımdır. Bilirsiniz ki, sovetlər dövründən qalmış universitetlərdə bu, formal xarakter daşıyıb. Müəllimin pedoqoji fəaliyyətihəm pedoqoji, həm də elmi tədqiqat işi kimi təşkil olunub. Amma reallıqda ali təhsil müəssisələrində müəllimlərin tədqiqatdan daha çox pedaqoji işlə məşğul olması bir faktdır.

– Ədalət müəllim, bu sual həm də ona görə əhəmiyyət kəsb edir ki, Azərbaycan Dövlət İqtisad Universiteti bir neçə ay öncə dünyada brend olaraq tanınan iki təhsil müəssisəi ilə – Rusiyanın “Высшая школа экономики” ilə birgə layihələr gerçəkləşdirdi. Hər iki ali təhsil müəssisəsində məhz tədqiqat ənənəsi çox ciddi rol oynayır. Mən cənab Kuzminovu çox ciddi izləyirəm. Onun müxtəlif elmi ədəbiyyatlarda və rəhbərliyi ilə hazırlanan “Вопросы образования” adlı juranlında elmi tədqiqat nümunələri çox insanı heyrətləndirir.Çünki dünyanın ən məhşur tədqiqat nümunələri və tədqiqat yönümlü təhlillər orada özunə yer tapır. Yəqin ki, biz yaxın gələcəkdə UNEC-də daha ciddi tədqiqat nəticələrini və tədqiqatla bağlı olan məqamları görə biləcəyik…

– Biz tədqiqatları stimullaşdırmaq üçün artıq bir neçə loboratoriya yaratmışıq. Bu, İnkişaf İqtisadiyyatı, İslam İqtisadiyyatı və Avropa İqtisadiyyatı loborotoriyalarıdır. İndi həmin loboratoriyalarda məhsuldar işlə işləyə biləcək tədqiqatçıları seçirik və düşünürəm ki, buna nail olacağıq. Məlumat üçün qeyd edim ki, hazırda bir tədqiqat layihəsinə də start vermişik və bunula bağlı qrant bizə ayrılıb. Bu, “Azərbaycan neftinin dünya bazar qiymətinin proqnozlaşdırılması” layihəsidir. Düşünürük ki, layihənin nəticəsini təxminən bir ildən sonra geniş elm ictimaiyyətinə elan edəciyik və bu, Azərbaycan iqtisadiyyatının gələcək planlaşdırılması, proqnozlaşdırılması baxımından faydalı olacaq.

Burada problemin mahiyyəti ondan ibarətdir ki, bir sıra hallarda elmi tədqiqatlara tələbin az olması əsas arqument kimi irəli sürülür. Yəni, o, sırf keysçilikiqtisadiyyat baxımından tələb təklif doğurmalıdır. Mən düşünürəm ki, tədqiqatlarda bir az klassik yanaşma özünü daha çox doğrulda bilir.Yəni tələb təklif yox, elə bir təklif formalaşmalı, tədqiqatın nəticəsi elə bir fayda verəcək səviyyədə olmalıdır ki,ondan imtina etmək mümkün olmasın və o tədqiqatın nəticəsi ilə bazara çıxdığımız zaman düşünürəm ki, maraq göstərənlər olacaq. Əsasən praktiki yönümlü tədqiqatlarda mən yanaşmanı belə görürəm. Fundamental tədqiqatların nəticə verməsi üçün isə şübhəsiz ki, onların aparılmasında dövlətin rolu böyükdür.

– UNEC-də həm də İnnovativ Biznes İnkubatoru fəaliyyət göstərir. Buradakı gənclərlə sizin universitet hansı layihələrə imza ata biləcək?

– Biz bir il öncə universtetimizdə İnnovativ Biznes İnkubatoru yaratdıq. Bu, inkubatorun yaradılmasında əsas məqsədlərdən biri də tələbələrin tədqiqat apara bilmək bacarığının formalaşdırılmasıdır.Biz deyirik ki, tələbələr ilkin mərhələdə ideyalarla üzə çıxsınlar. Artıq tələbənin düşüncəsi təkcə dərslik materialları üzərində cəmlənməməli, ideya sahəsində bir vulkan püskürməlidir. Demirəm ki, tələbənin irəli sürdüyü bütün təkliflər, ideyalar faydalı olacaq. Amma əsas odur ki, beynin o ideyalar düşünən hissəsi işə düşsün. İdeya ortaya çıxdığı zaman artıq tələbə ilə müzakirə aparmaq mümkündür. Sonra həmin ideyanın layihəyə çevrilməsində tələbə artıq layihə yazmağa alışır, bunu öyrənir və şübhəsiz ki, layihənin reallaşdırılması məsələsi gəlir. Biz tələbələrimizə İnnovativ Biznes İnkubatorunda ofis məkanı verir, layihələrə çevrilmiş ideyalarının reallaşdırılması üçün zəruri avadanlıqları alır və şərait yaradırıq. İl yarım ərzində tələbə o “startup” layihəsini həyata keçirir və sonra biz düşünürük. Bir il keçib, İBİ-də yeddi “startup” layihəsi var və yarım ildən sonra biz artıq onları dəstəkləməkdən əl çəkəcəyik. Bu “startup” layihəsi kimi işə başlamış layihələr rəqabət mühitində fəaliyyət göstərəcəklər. Məlumat üçün deyim ki, bizim bir “startup” layihəmiz ölkəmizdə keçirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi NETTİ müsabiqəsində ikinci yerə çıxıb və həmin tələbə bu gün universitetimizin ən zəngin tələbələrindən biridir. Siz özünüz də bilirsiniz ki, ən nüzfuzlu şirkətlər məhz elə “startup” layihələri kimi işə başlayıb.

– Bugün dünya universitetlərinin reytinqi müəyyənləşərkən hətta kadr hazırlığından da öndə gələn kitabxanalardır. Sizcə biz bugün universitetlərimizdə o kitabxananı tam formalaşdıra bilmişi kmi və yaxud bunula bağlı UNEC gələcək üçün nə düşünür?

– Universitetin kitab fondunun zənginləşdirilməsi və ondan istifadə etmək mədəniyyəti, yaxud da xidmətin keyfiyyəti desək, daha düzgün olar, bu fərqlidir. Univeristet ictimaiyyətinin kitabxanalardan bəhrələnməsi üçün o mühit yetişməlidir. O mühit vadar etməlidir ki, qarşıya çıxan problemlərin həllini axtarmaq üçün ohəllyerləşən kitablara müraciət edilsin. Mən düşünürəm ki, UNEC-də kitabxana ilə bağlı həyata keçirdiyimiz tədbirlər lap qısa bir vaxt ərzində öz nəticəsin verəcək. Biz artıq ötən ilin mart ayından elektron kitabxana layihəmizə start vermişik. Tələbələrimiz elektron kitabxana xidmətindən istifadə edirlər. İndi biz kitabxanamızın strukturunu köklü dəyişdirilməsi və kitabxananın işinin hətta şənbə və bazar günləri təşkil edilməsi istiqamətində işlərimizi davam etdiririk. Düşünürəm ki, yaxın gələcəkdə buna nail olacağıq.

– UNEC-də öz ixtisasını düzgün seçə bilməyən tələbə problemi var?

– Belə problem var. Bu ondan irəli gəlir ki, tələbə iddia etdiyi ixtisas üzrə kiyafət qədər bal toplamadığı halda son nəticədə düşünür ki, hərhansı bir ixtisas üzrə də olsa, ali təhsil müəssisəsinə gedim. Doğrudur, bizdə belə xüsusi tədqiqatlar aparılmayıb, amma mən ehtimal edirəm ki, UNEC-də belə tələbələrin sayı çox deyil. Elmi şuranın qərarı ilə bizim mövcud qanunvericiliyin verdiyi imkanlar çərçivəsində tələbərimizə imkan veririk ki, dörd il ərzində iki diplom – iki ixtisas qazana bilsinlər. Bununla da dediyiniz o səhvən ixtisas seçən tələbələrə səhvlərini düzəltməyə şans veririk. Eyni zamanda da, onun əmək bazarında çevikliyini təmin edirik ki, tələbə bu vəya digər ixtisas üzrə məzun olduqdan sonra iş tapmaqda çətinlik çəkirsə, ikinci diplomu üzrə də iş axtara bilir.

– Bu gün UNEC tələbələrinə nə vəd edir?

– UNEC öz tələbələrinə deyir ki, biz, sənin üçün dünyanın ən nüfuzlu universitetləri ilə əməkdaşlıq imkanı yaradırıq.  Biz tələbələrimizə vəd edirik ki, sən UNEC-də oxuya-oxuya Rusiyanın Ali İqtisad Məktənin diplomunu da əldə edə bilərsən. Biz vəd  edirik ki, FransanınMontpelliye Universiteti ilə, məsələn Türkiyənin ən nüfuzlu universitetləri o cümlədən dünya reytinq sıralanmasında 85-ci yerdə olan ODTÜ-nün diplomunu bizim univeristetdə oxumaqla qazana bilərsən. Türkiyənin təkcə ODTÜ yox, Bilkənt, Qazi,Hacettəpə və TOBB universitetləri ilə ikili diploma dair əməkdaşlığımız var. Biz tələbələrimizə vəd edirik ki, sən UNEC-də oxumaqla xarici dilini daha mükəmməl öyrənmək imkanına nail olacaqsan. Bu haqda bizim çox ciddi dəyişliklərimiz, islahatlarımız olacaq.Biz tələbələrimizə vəd edirik ki, sənin İKT üzrə biliklərin sənin rəqabət üstünlüyün olacaq. Ən vacibi isə, mən rektor olaraq buna zəmanət verirəm ki, UNEC-də müəllim tələbə münasibətikitablarda yazılan, filmlərdə göstərilən münasibətlərə oxşar olacaq.Bütün bunların nəticəsində UNEC-ə gələn tələbə təkcə bilikli, sadavlı, hazırlıqlı, bacarıqlı mütəxəssis yox, həm də bizim ölkəmizi sevən, vətənimizin gələcəyi üçün həyatını və canını qurban verməyə hazır olan bir vətəndaş olacaqlar. Bütovlükdə biz vəd edirik ki, UNEC-in tələbələri və müəllimləri birlikdə, əl-ələ tutaraq Azərbaycanımızı daha irəliyə apramaqda cənab prezidentimiz İlham Əliyevə dəstək olacağıq.

– Müasir universitet fəlsəfəsində tədrisin təşkili daha çox 100-də 49% auditoriya içində, 100-də 51%isə auditoriya xaricində – texnoparklarda, teknopolislərdə və s. həyata keçirilir. UNEC-də bu məsələnin həlli necədir?

– Bu çox aktual məsələdir və qlobal dövrdə ali təhsildə baş vermiş dəyişikliklərdən biridir. Deyərdim ki, ən vacibidir. Çünki məlumat o qədər çoxdur ki, artıq o auditoriyada 80 dəqiqə ərzində tələbəyə müəllimin verə biləcəyi məlumat çox az ola bilər.Ona görə də tələbəyə imkan verilir ki, o, məlumat dünyasından bu kimi faydalı ola bilən məlumatları əldə etmək imkanına malik olsun. Auditoriya daxilində isə tələbəyə o faydalı məlumatları əldə etmək yollarını göstərilməlidir. O məlumatın çoxluğu ilə bağlı mən bir statistik rəqəm deyim. Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları tədqiqataparıblar və nəticədə insanlığın indiyə qədər sivilizasiya dediyimiz topladığı məlumatı disklərə yazıb, üst-üstə yığmaq mümkün olsaydı, bununyerdən aya qədər olan məsafədən çox olacağı müəyyən olunub. O məlumatlar içərisində təqribən 35%-ifaydalıdır. 35%-i seçməsi üçün tələbə 80 dəqiqə ilə məhdudlaşarsa, o heç nə əldə etməz. Ona görə də tələbə müstəqil olaraq, daha çox məlumatı əldə etməlidir və Azərbaycan ali təhsil sektorunda həyata keçirilən dəyişikliklər məhz bunu özündə ehtiva edir. Məlumat üçün qeyd edim ki, keçən il təsdiq olunmuş  yeni standartlarda məsələn, ikinci qrup üzrə fənnlərin sayı 47-dən 41-ə endirilib. Auditoriya saatlarının sayı azalıb və Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası ilə bağlı cənab prezident tərəfindən imzalanmış tədbirlər planında da standardların yenilənməsi 2017-ci ildə nəzərdə tutulub. Bu işlər gedir və burada da auditoriya içindəki dərslərin sayının azaldılması, tələbələrin sərbəst olaraq elm, bilik əldə etmək imkanı genişləndirilməsi prioritet olaraq əsas götürülüb.

– UNEC tələbələrinin xaricdə təcrübə keçmək imkanları haqqında ətraflı danışmağınızı xahiş edirəm.

– Bizim belə imkanlarımız kifayət qədərdir.Mən ən nüfuzlularından bir neçəsini saya bilərə. Məsələn, Amerika Birləşmiş Ştatlarının Kolumbiya Universiteti ilə mübadilə proqramımız var, ötən ilin fevralında imzalanan müqaviləyə əsasən, tələbələrimiz güzəştli şərtlərlə bu universitetə gedə bilir. Almaniyanın Siegen Universiteti ilə bizim müəllim və tələbə mübadilə proqramımız var. Türkiyənin Mövlana proqramı çərçivəsində bizim tələbə və müəllimlərimizin mübadilə proqramı da var. Litvanın Mykolas RomerisUniversiteti ilə də belə imkanlarımız var və bu istiqamətdə indi bizim işlərimiz gedir. UNEC ilə Yunanıstanın Qərbi Makedoniya Texniki Universiteti arasında imzalanan müqaviləyə əsasən, 120 kreditlik magistr proqramının 30 krediti UNEC professor müəllim heyəti tərəfindən Yunanıstanda tədris ediləcək. Bu bizim üçün çox təqdirəlayiq haldır və düşünürəm ki, UNEC Qərbi Avropa ölkəsi olan Yunanıstanda tədrisişi aparmaqla, tələbələrimiz sırasında Yunanıstandan gələn tələbələrin də olmasına ən azından zəmin yaradacaq.

– Müəllimlərin keyfiyyət parametrlərini necə müəyyən edə bilirsiniz?

– UNEC-də müəllimlərin qiymətləndirilməsi üçün reytinq sistemi tətbiq etmişik. Bu reytinq sistemində təqribən 100-ə yaxın göstəricidən istifadə olunur və bu artıq proqramlaşdırılıb. Bu üç qrupda birləşdirilmiş indiqatorlardır. Bunlardan biri şübhəsiz ki, təhsillə bağlı müəllimlik fəaliyyətidir. İkincisi elmi tədqiqat, üçüncüsü isə özünü inkişafdır. Müəllimlərin qiymətləndirilməsində ən vacib məqamlardan biri də tələbələr arasında məmnunluq sorğusunun keçirilməsidir. Biz artıq keçən il universitetin bütün müəllim və tələbələri ilə bu sorğunu keçirmişik. Bu işlər də gedəcəkvə bu reytinq sisteminin yaradılması müəllimlərə tətbiq edilən 100-ə yaxın göstərici əsasında ən rəqabət qabiliyyətlimüəllimləri müəyyən edəcəyik. Bizim yanaşmamıza görə ən yuxarıda olan 100 müəlllimə onun aldığı əmək haqqının müəyyən əmsalları qədər də artım, məsələn deyək birinci top onluqda olan müəllimə əmək haqqının iki misli qədər əmək haqqı veriləcək. Onun aldığı əmək haqqı ikiyə vurulacaq. Bunu artıq tətbiq edirik. Məsələn, bizdə orta aylıq əmək haqqı universitetin pedaqoji heyəti üzrə 985 manatdır. Dekanın vəzifə maaşı 2000, kafedra müdürünün isə 1500 manatdır və dərs dedikcə əlavə də ala bilirlər. Top onluqda olduğu zaman o 3000-3500 manat maaş ala biləcək. Bu da bizim universitetimizə marağı, özünü müəllim kimi görən gənclərin marağını artırır bu da bizi çox sevindirir.

– Yəni keyfiyyəti ölçüb dəyərləndirmə…

– Tamamilə doğrudur! Müəllimin pedaqoji fəaliiyətinə qiymət müəllimin il boyu fəaliyyətinin qiymətləndirilməsi əsasında həyata keçirilir.

– Ədalət müəllim, bir neçə müddətdir ki, İqtisad Universitetinin yeni adı ilə qarşılaşırıq – UNEC. Nəyə görə bu adı seçdiniz və bu seçim sizə nəyi verəcək?

– Biz Azərbaycan Dövlət İqtisad Universitini yeniləyirik. Rektor olaraq mənim qarşımda qoyulan vəzifə ondan ibarətdir ki, Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitet olmalıdır. Bir ali təhsil ocağının dünya səviyyəli universitetə çevrilməsində ən vacib şərtlərindən birionun brendləşməsidir. İlk növbədə biz universitetimizin brendləşməsi istiqamətində və onun imicini yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçiririk. Bu tədbirlərdən biri bizim saytımızın tamamilə yenilənməsi oldu. Universitetin loqosunun dəyişməsi və ən vacibi isə o brendləşmənin özəyi olan loqonun özü, brendin özü, iqtisadçı dili ilə desək ticarət markasıdır. UNEC ingilis dilində İqtisad Universiteti deməkdir və biz istəyirik ki, dünya universitetləri sırasında Azərbaycan Dövlət İqtisad Universiteti bütün dillərdə UNEC kimi tanınsın və hesab edirəm ki, bu ad uğurludur. Həm də bunun ilk iki hərfi UN diqqəti cəlb edir. Bu, düşünülmüş bir addımdır. Bu, Birləşmiş Millətlər Təşkilatını xatırladır, amma United Nations deyil. Ən azından diqqəti cəlb edir və bu əsla İqtisad Universitetinin adının dəyişdirilməsi deyil. Azərbaycan Dövlət İqtisad Universitetinin adı olduğu kimi qalır. Sadəcə, bu, universitetin beynəlxalq aləmdə tanınması üçün qəbul olunmuş bir yanaşmadır. Düşünürəm ki, UNEC adı ilə biz qısa bir vaxt ərzində yüksək zirvələri fəth edəcəyik.

4823 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno