UNEC tələbələri badminton yarışında qalib olublar

10 MART 2026 | VIEWS:

Gənclər və İdman Nazirliyinin 5 mart- Bədən Tərbiyəsi və İdman günü münasibətilə təşkil etdiyi “İdman həftəsi”ndə UNEC tələbələri uğurla iştirak edib.

12 universitetdən 38 idmançının qələbə uğrunda mübarizə apardığı badminton yarışında UNEC Biznes Məktəbinin tələbəsi Asəf Allahverdiyev I yeri, Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbəsi Bağır İsmayılov isə III-yeri qazanıb.

Komandanın məşqçisi UNEC İdman Klubunun badminton növü üzrə məşqçi-müəllimi Kənan Rzayevdir.

UNEC tələbələri badminton yarışında qalib olublar