UNEC tələbələri intellekt yarışında

07 NOYABR 2017 | VIEWS:

odlar1“Odlar Yurdu” Gənclər İctimai Birliyi və Azərbaycan İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı, Yeni Yol İB-nin təşkilatı dəstəyi ilə Azərbaycanın müstəqilliyinin 26 illiyinə həsr olunan “Müstəqil Odlar Yurdu – VI Müstəqillik Kuboku” intellekt turniri keçirilib.

“Əbədi müstəqillik uğrunda” şüari ilə baş tutan turnirin keçirilməsində məqsəd gənclərin vətəndaşlıq ruhunun daha da yüksəldilməsi, vətənpərvərliyin təbliği və potensial intellektlərin aşkarlanması və qiymətləndirilməsidir. “Nə? Harada? Nə zaman?” intellektual yarış formatında keçirilən turnirə 15 komanda qatılıb. Gərgin mübarizə şəraitində keçən yarışda UNEC tələbələrindən ibarət “Six Pistols” komandası turnirin ikincisi olub.

Komanda üzvləri Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbələri Cavad Əliyev, Yusifəli Sadıqov, Nicat Alışov, Bəxtiyar Nəzərli və Türk Dünyası İşlətmə fakültəsinin I kurs tələbəsi Nicat Əhmədlidir. Komandanın kapitanı Beynəlxalq İqtisadiyyat Məktəbinin II kurs tələbəsi Allahverdi Qarayevdir.

Komandamızı təbrik edirik!