UNEC tələbələri nüfuzlu “CEO Challenge” biznes keys müsabiqəsində Azərbaycanı təmsil edir

04 MAY 2017 | VIEWS:
1960

UNEC tələbələri Procter&Gamble şirkətinin qlobal səviyyədə keçirdiyi “CEO Challenge” biznes keys müsabiqəsində Azərbaycanı təmsil edirlər.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Aida Həsənova və Rübabə Şükürova iki mərhələni müvəffəqiyyətlə addımlayaraq, yarımfinala vəsiqə qazanıblar.

Onlar I turdan – müsahibə mərhələsindən uğurla keçərək, II turda iştirak ediblər. Bu mərhələdə 75 dəqiqə ərzində test imtahanı ilə tələbələrin PG istehsal məhsulları, satış həcmi və s. barədə bilgiləri dəyərləndirilib. II mərhələni də uğurla başa vuran tələbələr yarımfinala vəsiqə qazanıblar.

“CEO Challenge” biznes keys müsabiqəsinin yarımfinal mərhələsində müsabiqə ölkələr arasında keçiriləcək. Hər ölkəni üç tələbədən ibarət qrup təmsil edəcək. Azərbaycanı təmsil edəcək tələbə qrupunda üç nəfərdən ikisi UNEC tələbəsidir.

Yarımfinal mərhələsində iştirakçılar şirkətin Türkiyədəki ofisində təcrübə keçəcəklər. Bu müddətdə onlar liderlik, kommunikasiya, analitika və komandada çalışmaq məharətlərini nümayiş etdirərək, öz biznes keyslərini təqdim edəcəklər. Sonda “CEO Challenge” biznes keys müsabiqəsinin finalçısı müəyyən ediləcək.

1961 3
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser