UNEC tələbələrinə diplomlar təqdim edilib

01 İYUL 2016 | VIEWS:
1943

DSC_4670İyulun 1-də Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzi və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının birbaşa təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələri tələbələri arasında Respublika çempionatının qaliblərinin təltifolunma mərasimi keçirilib.

Bu ilin mart -may ayları ərzində ali təhsil müəssisələrinin tələbələri arasında idmanın 9 növü üzrə keçirilən yarışlarda UNEC komandası şahmat üzrə birinci yeri qazanıb. Atletika, sərbəst güləş, yunan-roma güləşi üzrə isə UNEC tələbələri II və III yerlərə layiq görülüblər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) keçirilən təltifolunma mərasimində AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev idman yarışlarında qazandıqları qələbələrə görə gənc idmancıları təbrik edib, onlara təhsildə və idmanda yeni-yeni uğurlar arzulayıb. Daha sonra Konfederasiya sədri qaliblərə mükafatlar təqdim edib.

Qalib komandanın üzvlərini təqdim edirik:

Voleybol komandası

Nərmin Xələfova (Maliyyə və muhasifat fakültəsi)

Adil Pirverdiyev (Maliyyə və muhasifat fakültəsi)

Elçin Osmanlı (Biznes inzibatçılığı fakültəsi)

Zaur Ələkbərov (İqtisadiyyat və sənaye fakültəsi)

Atletika

Elgün Abdullayev II yer

Şölət Mahmudova III yer

 

Sərbəst güləş

Cabbar Əliyev (İqtisadiyyat və sənaye fakültəsi)

Nemət Cəfərov (Kommersiya fakültəsi)

İsa Orucov (İqtisadiyyat və sənaye fakültəsi)

Cəlal Nağıyev (Texnologiya və dizayn fakültəsi)

Yunan-roma güləşi

Tamerlan Cəlalbəyli (İnformatika və idarəetmə fakültəsi)

Vüsal Hüseynov (Texnologiya və dizayn fakültəsi)

Cəlal Nağıyev (İqtisadiyyat və sənaye fakültəsi)

1944 3