UNEC tələbəsi beynəlxalq olimpiadada dünyanın 16 qalibi sırasında yer alıb

23 YANVAR 2026 | VIEWS:

UNEC tələbələri “İnternational Astronomy and Astrophysics Competition” təşkilatının keçirdiyi “İnternational Youth Math Challenge (İYMC) 2025” adlı beynəlxalq riyaziyyat müsabiqəsində uğurla iştirak ediblər.

Rəqəmsal iqtisadiyyat fakültəsində “Kompüter elmləri”, “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları” ixtisaslarında təhsil alan onlarla tələbə göstərdikləri nəticələrə görə beynəlxalq sertifikat qazanıblar.

Fakültənin “İnformasiya təhlükəsizliyi” ixtisasının tələbəsi Ariz Məhərrəmli isə olimpiadanın birinci mərhələsində dünya ölkələri sırasında ən yüksək nəticə göstərən 16 iştirakçı siyahısında yer alıb.

Xatırladaq ki, Ariz Məhərrəmli ötən il NASA-nın rəsmi saytında (landsat.gsfc.nasa.gov) ciddi təhlükəsizlik boşluğu aşkarlayaraq, qurumun təhlükəsizlik komandasına məlumat vermiş və NASA tələbəyə təşəkkürünü bildirmişdi.

UNEC tələbəsi beynəlxalq olimpiadada dünyanın 16 qalibi sırasında yer alıb