UNEC və bp Azərbaycan “Elmin inkişafina dəstək: İnnovativ ideyalar və perspektivlər” mövzusunda beynəlxalq forum keçirəcək

06 İYUN 2023 | VIEWS:

forum_090623İyunun 12-də UNEC ilə bp Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində “Elmin inkişafina dəstək: İnnovativ ideyalar və perspektivlər” mövzusunda beynəlxalq forum keçiriləcək.

Forumun açılışında rector prof. Ədalət Muradov, bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, Fizika İnstitutunun baş direktoru, AMEA-nın birinci vitse prezidenti akademik Arif Həşimov, UNEC-in Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin rəhbəri prof. Rövnəq Rzayev və akademik Adil Qəribov çıxış edəcəklər.

Forumda Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzi və bp Azərbaycanın maliyyə dəstəyi ilə UNEC-də yaradılmış Aziz Sancar adına Qida Təhlükəsizliyi, Qida Kimyası və Ekologiya laboratoriyalarına da baxış keçiriləcək.

*

https://news.unec.edu.az/xeber/100-elm/10347-bold-unec-ve-bp-azerbaycan-elmin-inkishafina-destek-i-nnovativ-ideyalar-ve-perspektivler-movzusunda-beynelxalg-forum-kechirecek-bold