UNEC Yaponiyanın qrantını qazanıb

01 DEKABR 2017 | VIEWS:

logo_a11yUNEC Yaponiyanın Nippon Fondunun (Nippon Foundation) təşkil etdiyi “Oxuyan Yaponiya” adlı qrant müsabiqəsinin qalibi olub.

Maarifçilik fəaliyyəti ilə dünyanın tanınmış qurumlarından hesab edilən Nippon Fondu layihə çərçivəsində UNEC-in kitabxanasına ingilis dilində 100 kitab təqdim edəcək. Kitabların siyahısını fondun xüsusi ekspert qrupu müəyyənləşdirib. Kitablar iqtisadiyyat, biznes, siyasət, beynəlxalq əlaqələr, cəmiyyət, mədəniyyət, ədəbiyyat və incəsənət sahələrini əhatə edir.