Yaponiyanın Nippon Fondundan UNEC-in kitabxanasına 100 kitab

05 MART 2018 | OXUNUB:
301

Yaponiyanın Nippon Fondu (Nippon Foundation) UNEC-in kitabxanasına ingilis dilində 100 kitab təqdim edib.

UNEC maarifçilik fəaliyyəti ilə dünyanın tanınmış qurumlarından hesab edilən Nippon Fondunun (Nippon Foundation) təşkil etdiyi “Oxuyan Yaponiya” adlı qrant müsabiqəsinin qalibi olub. UNEC-in qalib olaraq qazandığı kitablar bu günlərdə Bakıya gətirilib. Fondun xüsusi ekspert qrupunun müəyyənləşdirdiyi kitablar iqtisadiyyat, biznes, siyasət, beynəlxalq əlaqələr, cəmiyyət, mədəniyyət, ədəbiyyat və incəsənət sahələrini əhatə edir.

302 1