Yeni təqaüd kimlərə şamil olunacaq- MÜSAHIBƏ

11 FEVRAL 2016 | VIEWS:
24303

 

Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2015-ci il tarixli sərəncamı ilə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” 2013-cü il 30 avqust tarixli sərəncamında dəyişikliklər edildi.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tədris–metodiki mərkəzinin direktoru Eldar Azadov yeni qaydalar haqqında ətraflı məlumat verir.

– Eldar müəllim, təqaüdlərin təyin olunması və ödənilməsi qaydalarında dəyişikliklər edilib. Artıq ödənişli təhsil alan tələbələr də təqaüd almaq şansı əldə edə biləcəklər. Bunun hansı üstünlükləri var?

– Yeni qaydalar ədalətlilik prinsipi baxımından çox müsbət yanaşmadır. Çünki dövlət sifarişi ilə qəbul olan tələbələr akademik göstəricilərindən, imtahanın nəticələrindən, yəni ümumi orta müvəffəqiyyət göstəricisindən asılı olmayaraq təhsil aldıqları müddət ərzində təqaüd alırdılar. Ödənişli əsaslarla oxuyan və akademik göstəriciləri yüksək olan tələbələr isə bundan yararlana bilmirdi. Artıq yeni təqaüd sisteminin tətbiq olunması tələbələri daha yaxşı oxumaları üçün stimullaşdıracaq. Təqaüdü o tələbə alacaq ki, akademik göstəriciləri yüksək olsun və bu, hər yeni semestrin nəticələrinə görə dəyişəcək.

Yeni qaydalar təhsilə marağı stimullaşdırmaqla yanaşı, təhsilin keyfiyyətini yüksəltmək üçün onların arasında rəqabət mühitinin müsbət mənada inkişafına da təsir edəcək. Eləcə də qaçqın və məcburi köçkün və digər imtiyazlı ailələrdən olan tələbələr də  sosial rifah halını yaxşılaşdırmaq imkanı əldə edəcəklər.

– UNEC-də təqaüd alacaq tələbələrin siyahısı tərtib edilib?

– Təqaüd komissiyası yaradılıb. İmtahanların nəticələri təhlil olunduqdan sonra təqaüd ala biləcək tələbələr də müəyyən olunacaq.

– Təqaüd ala biləcək tələbələrin sayı necə müəyyən ediləcək?

– Təqaüd alan tələbələrin sayı qəbul zamanı dövlət sifarişi ilə qəbul olunan tələbələrin sayı ilə müəyyən olunur. Yeni qaydalara görə, dövlət sifarişi ilə qiyabi şöbəyə qəbul olunan tələbələrin sayı da təqaüd alan tələbələrin sayına əlavə olunacaq. Məsələn, əgər 20 nəfər əyani, 5 nəfər isə qiyabi şöbədə dövlət sifarişi ilə təhsil alan tələbə varsa, onda əyani şöbədə təhsil alan 25 tələbəyə ikinci semestrdən təqaüd veriləcək.

– Təqaüdün sayı müvəffəq qiymət alan tələbələrin sayından çox olduqda qalan təqaüdlərin təyinatı necə olacaq?

– Qalan təqaüdlər fakültə Elmi Şurasının qərarı ilə həmin kursun digər ixtisasları üzrə təhsil alan və ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan tələbələrə veriləcək, yəni təqaüd itmir.

– Təqaüdlərin məbləğındə dəyişiklik varmı?

– Bəli, təqaüdlərin məbləği artırılıb. Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 25 yanvar tarixli sərəncamına əsasən, doktorantura, magistratura və bakalavr pilləsində təhsil alanların təqaüdləri 10% artırılıb. Yeni qaydalarda doktorantura pilləsində elmlər doktoru hazırlığı üzrə doktorantlara 242 manat, fəlsəfə doktoru hazırlığı üzrə isə 132 manat təqaüd müəyyən edilib.

Magistratura səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan magistrantlar 115,5 manat, 71-100 bal olanlar 93,5 manat, 51-100 bal olan magistrantlar isə 60,5 manat təqaüd alacaq.

Bakalavriat səviyyəsi üzrə isə akademik göstəriciləri 91-100 bal olan tələbələrə 104,5 manat məbləğində “əlacı”, akademik göstəriciləri 71-100 bal olan tələbələrə 88 manat məbləğində “həvəsləndirici”, akademik göstəriciləri 51-100 bal olan tələbələrə isə 55 manat məbləğində “adi” təqaüd veriləcək.

24304 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno