Tələbə Gənclər Təşkilatının sədri
Ziya Məstanov Rauf

[email protected]
+(994) 070-264-48-81
Bakı, İstiqlaliyyət 6 (I Tədris binası)

 

 

23 iyul 2006-cı ildə Azərbaycan Respublikasının Tovuz rayonunda anadan olub.
O, 2012–2023-cü illərdə Bakı şəhəri S.Poladi adına 159 nömrəli tam orta məktəbdə təhsil alıb, orta təhsil dövründə əldə etdiyi yüksək akademik nailiyyətlərə görə müxtəlif diplom və fəxri fərmanlarla təltif edilib.
2023-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) Biznesin idarə edilməsi ixtisasına qəbul olunub.
Ali təhsil aldığı müddət ərzində Ziya Məstanov həm akademik fəaliyyəti, həm də sosial və ictimai təşəbbüslərdə fəal iştirakı ilə fərqlənir.

O, 2024-cü ildən etibarən UNEC Rəqəmsal Könüllülər Təşkilatında İSE fakültəsi üzrə İdarə Heyətinin üzvü kimi fəaliyyətə başlamış, elə həmin ildə təşkilatın İSE fakültəsi üzrə sədri seçilib.
Bu vəzifədə çalışdığı dövrdə tələbə-könüllülük fəaliyyətinin təşkili və inkişafı istiqamətində mühüm təşəbbüslərlə çıxış edib.
2025-ci ilin may ayından etibarən UNEC Tələbə Gənclər Təşkilatında (TGT) İSE fakültəsi üzrə sədr vəzifəsini icra edib.
2025-ci ilin dekabr ayında isə UNEC Tələbə Gənclər Təşkilatının sədri seçilib.
Hazırda bu vəzifədə fəaliyyət göstərərək universitet daxilində tələbə özünüidarəetməsinin gücləndirilməsi, tələbələrin sosial fəallığının artırılması və gənclərin ictimai proseslərə inteqrasiyası istiqamətində sistemli və məqsədyönlü töhfələr verməkdədir.