“Texnoloji maşın və avadanlıqları”- ixtisası üzrə təhsil alan mütəxəssislər yüksək keyfiyyətli tesktil və qida sənayesi məhsullarına olan tələbatını təmin etmək və əhaliyə məişətdə və ticarətdə xidmətlər göstərmək üçün yeni texnologiyaların, texnoloji maşınların və avadanlıqların yaradılması ilə məşğul olurlar. Bu mütəxəssislər həmçinin uyğun sənaye sahələrindəki avadanlıqların düzgün istismar edilməsinin və maşın və avadanlıqların işçi vəziyyətində saxlanılmasında və istismar edilməsində yaxından iştirak edirlər.
*
Göstərilən ixtisas üzrə təhsil alan mütəxəssislər seçdiyi ixtisas uyğun olaraq dövlət və kommersiya strukturlarında, konsernlərdə, nazirliklərdə, holdinqlərdə, firmalarda, ticarət təşkilatlarında və həmçinin ali, orta təhsil müəssələrində, elmi-tədqiqat institutlarında və digər təşkilatlarda işləyə bilər.