Sistem mühəndisliyi qarşılıqlı əlaqəli hissələri tama çevirən və bütün aspektlərdə dəyişikliklər nəzərə alınmaqla sistemin tərkibini təşkil edən bölmələrin ümumi problemlərini öyrənən elmi istiqamətdir.
Bu ixtisas müasir kompüter – informasiya sistemlərinin layihələndirmə, proqramlaşdırma, testləşdirmə və istismarı, o cümlədən yüksək texnologiyalı istehsalda informasiya texnologiyaları, İnternet texnologiyaları və proqram təminatının yaradılması texnologiyaları, robot texnikası və komplekslərinin arxitekturası, CAD və SCADA-sistemləri, istehsalın avtomatlaşdırılmış idarəetmə sistemləri və robot texnikasının proqramlaşdırılması ilə əlaqədar məsələləri əhatə edir.
*
Bu istiqamətdə təhsil aldıqdan sonra məzunlar texnoloji proseslərin, texniki obyektlərin və biznes sistemlərin idarə olunması üçün təyin olunmuş kompüterləşdirilmiş sistemləri işləmə və müşayiət etmə; müasir texnikaya əsaslanaraq inteqrasiya olunmuş kompüter sistemlərinin aparat təminatının işlənilməsi üsullarından, müasir informasiya və idarəetmə texnologiyalarından və qərar qəbuletmə nəzəriyyəsindən, yeni proqramlaşdırma texnologiyaları və süni intellekt metodlarından istifadə etməklə avtomatlaşdırılmış idarəetmə sistemlərinin proqram təminatını yaratma vərdişlərini qazanacaqdır.