İmtahan sessiyasının təşkili və keçirilməsi qaydaları 

Hər tədris ilinin payız və yaz semestrlərinin sonunda 5 həftə ərzində imtahan sessiyası təşkil olunur. İmtahanların keçirləcəyi dəqiq tarixlər tədris ilinin əvvəlində təsdiq olunur və UNEC-in saytında (akademik təqvim) elan olunur.

UNEC-in Maliyyə və mühasibat, İqtisadiyyat, Biznes və menecment, Texnologiya və dizayn, Əmtəəşünaslıq fakültələri və Rus İqtisad Məktəbində (keçirilməsi yazılı formada nəzərdə tutulan fənlər istisna olmaqla) kollokvium və imtahanlar test üsulu ilə keçirilir.

Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH Mərkəzi, Türk Dünyası İşlətmə fakültəsi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, Magistratura Mərkəzi və UNEC Biznes Məktəbində (keçirilməsi test üsulu ilə nəzərdə tutulan fənlər istisna olmaqla) imtahanlar yazılı formada təşkil olunur.

Test üsulu ilə təşkil olunan imtahanlarda imtahanların başlamasına bir həftə qalmış hər fənn üzrə 700 sualdan ibarət test tapşırıqları tələbənin şəxsi kabinetinə göndərilir. İmtahan müddətində tələbəyə 700 sual içərisindən proqram təminatı tərəfindən seçilmiş 50 ixtiyari  sual təqdim olunur. Hər doğru cavablandırılmış sual 1 bal ilə qiymətləndirilir. İmtahanın müddəti 1 saat 20 dəqiqədir. Bəzi fənlər üzrə (Ehtimal nəzəriyyəsi və riyazı analiz, Xətti cəbr, Ekonometrika və s.) müddət 2 saata qədər uzadıla bilər.

Yazılı formada təşkil olunan imtahanlarda 15 həftəlik dərsin hər bir mövzusundan 5 sual olmaqla 75 sual tələbələrin şəxsi kabinetlərinə göndərilir. İmtahan zamanı tələbələrə 5 sual təqdim olunur. Hər sualın maksimum dəyəri 10 baldır. İmtahan müddəti 2 saatdır.

İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur və akademik borcu yaranmış olur.

İmtahan nəticələrinin qiymətləndirilməsindən və ya sualların (testlərin) tərtibatından narazılığı olan tələbələr 3 iş günü ərzində şəxsi kabinetlərindən apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya ərizəsinin yazılması haqqında yazılı və video təlimatla UNEC-in saytında yerləşdirilən “Elektron Universitet” bölməsində tanış ola bilərsiniz.

Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılır. Üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə fənn (fənlər) üzrə akademik borcu qalmış hesab olunur.

 

*

*
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarı ilə cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır.

Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrin birində imtahan sessiyası zamanı) istifadə edə bilər.

Tələbə hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Bu zaman tələbənin fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınır və onun qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı, həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizi ödənilir. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir.

Tələbəyə imtahanda nə qadağandır? 

İmtahanın gedişində tələbəyə icazə verilmir:

  • digər tələbələrlə danışmaq, onlara mane olmaq, imtahanda səs salmaq;
  • kitabdan, mühazirə konspektlərindən və digər icazə verilməyən materiallardan istifadə etmək və köçürmək;
  • imtahan biletini və cavab blanklarını təhvil vermədən imtahan zalını tərk etmək.

imtahan zalına cib telefonu, kalkulyator, konspekt, qeydiyyat kitabçası, çanta və digər texniki vasitələri gətirmək;

  • hər hansı bir səbəbə görə imtahan zalını tərk edib yenidən geri dönmək;
  • intizamsızlıq göstərmək:
  • zalda gəzişmək, yerini dəyişmək və ya kiminsə köməyindən istifadə etmək, kiməsə kömək etmək və bu kimi hallarla imtahanın gedişinə mane olmaq.

Göstərilən qaydalara əməl etməyən tələbə imtahandan xaric edilir və imtahanın nəticəsinə görə ona 0 bal müəyyənləşdirilir.

WordPress SEO - www.mersindugun.com - escort eskisehir - betasus güncel giriş -
betist güncel giriş
-

casinoslot güncel giriş

- sekabet güncel giriş -
dumanbet güncel giriş
- holiganbet yeni giriş -

timebet yeni giriş

-
casinomaxi.click
- klasbahis yeni giriş - Sağlık Personeli