UNEC-in rektoru: Ölkəmizdə ilk dəfə qısamüddətli ali təhsil təklif olunması yaxşı haldır

02 NOYABR 2021 | VIEWS:
354

AZƏRTAC

İşçi qrupun hazırladığı yeni layihə təkmil qanun layihəsinə yaxın bir sənəddir. Sənədə əsasən, ölkə təhsilində ilk dəfə qısamüddətli ali təhsil təklif olunur və yaxşı haldır. Düşünürəm ki, bakalavrların təsnifatlaşdrılması təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov noyabrın 2-də Milli Məclisdə keçirilən iclasda deyib.

Rektor layihəyə əsasən, ali təhsil sahəsində ali təhsil ocaqlarına idarəetmədə sərbəstlik verilməsini müsbət hal kimi qiymətləndirib.

Kredit təhsil məsələsinə də münasibət bildirən Ədalət Muradov 9-cu sinifdən kolleclərə qəbulu dayandırmağın zəruriliyinin qeyd edib. Bildirib ki, ali təhsili yalnız orta təhsilli vətəndaşlar üçün məqbul hesab edir.

İkili diplom məsələsindən də danışan Ədalət Muradov bunu müsbət hal kimi dəyərləndirib və layihədə tələbələrin hüquq və vəzifələrinin işlənməsini, yeni sənəddə əksini tapmasını təklif edib.

UNEC-in rektoru layihənin təhsilimizə fayda verəcəyini qeyd edib.

*

https://news.unec.edu.az/xeber/125-universitet/8021-unec-in-rektoru-olkemizde-ilk-defe-gisamuddetli-ali-tehsil-teklif-olunmasi-yaxshi-haldir

355 1