Yenidən universitetdə olmağın həyəcanını yaşayan qocaman məzunlar bir zamanlar təhsil aldıqları fakültədə olublar, bir neçə dərsi müşahidə ediblər.
Məzunlar universitetin 24/7 kitabxanası, Ekstern Mərkəzi, Karyera mərkəzi və digər inzibati otaqlarla da tanış olublar. UNEC-in professoru Rəşad Muradov məzunları müşayiət edərək, onlara universitetdəki yeniliklər barədə məlumat verib.
Məzunların görüşü çay süfrəsi arxasında tələbəlik xatirələrini bölüşməklə davam edib.
*
https://news.unec.edu.az/xeber/105-telebe/10601-1983-cu-ilde-i-gtisad-universitetinde-tehsil-alan-telebeler-40-ilden-sonra-unec-de-gorushduler