200-dən çox abituriyent UNEC-də “Açıq qapı” günündə iştirak edib

15 İYUL 2025 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Abituriyent aylığı” çərçivəsində dördüncü “Açıq qapı günü” təşkil olunub.

Tədbirin məqsədi abituriyentlərə və onların valideynlərinə universitetin tədris imkanları, ixtisaslar və qəbul prosesi barədə ətraflı məlumat vermək olub.

Görüşdə abituriyent və valideyinlərə fakültələr, ixtisaslar, tədris və imtahan prosesi, xüsusi təqaüd proqramları, ikili diplom imkanları, yaradıcılıq mərkəzi, tələbə təşkilatları, eləcə də tələbə mübadilə və UDİD Minor proqramları barədə geniş məlumat verilib.

“Açıq qapı günü” çərçivəsində abituriyentlərə həmçinin qəbul prosesi və ixtisas seçimi ilə bağlı praktiki tövsiyələr təqdim olunub, onların ünvanladıqları suallar ətraflı şəkildə cavablandırılıb.

Sonda iştirakçılar üçün universitetdə infotur təşkil olunub. Onlar kitabxana, yeməkxana, laboratoriyalar, idman zalı, kompüter otaqları və digər infrastrukturlar ilə yaxından tanış olublar.

Abituriyentlər və valideynlər görüşdən müsbət təəssüratla ayrılıblar.

200-dən çox abituriyent UNEC-də “Açıq qapı” günündə iştirak edib