Hesabatda bildirilib ki, 2022-ci ildə 295 tələbə UNEC-in xüsusi təqaüdünü (600+, olimpiada qalibləri olan abituriyentlər, TOP15) qazanıb. Universitetdən kənar qurumlardan (Paşa Holdinq, Kapital Bank və s.) təqaüd alan tələbələrin sayı isə 41 nəfər olub.
Prorektor universitetdə kənar qurum tərəfindən aparılmış maliyyə auditinin müsbət nəticələri, kommersiya yönümlü Ömürboyu təhsil mərkəzinin təşkil etdiyi kurslar və qrant layihələrindən əldə olunan gəlirlər və s. barədə məlumat verib.
UNEC-in qeyri-təhsil haqqı gəlirlərinin artırılması, tələbələrin yataqxanadan istifadə imkanları barədə təkliflərlə çıxış edib.
*
https://news.unec.edu.az/xeber/125-universitet/9702-295-telebe-unec-in-xususi-tegaudunu-gazanib-prorektor-hesabat-verdi