UNEC-in imtahan zallarından REPORTAJ

13 YANVAR 2016 | VIEWS:

Teleqraf.com

Yanvarın 12-də Azərbaycan Dövlət İqtisad Universitetində mətbuat nümayəndələri qış imtahan sessiyasının gedişinə nəzarət etdilər.

Təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən təşkil olunmuş tədbirdə Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə Edilməsi Mərkəzinin direktoru Raqif Qasımov jurnalistləri ictimai nəzarətçi qismində imtahan prosesinin gedişi və nəzarət təlimatları ilə tanış etdi. Media nümayəndələri universitetin bütün tədris binalarında keçirilən imtahan prosesinə nəzər saldılar.

İmtahan zallarında tələbələrə yaxınlaşıb imtahanın gedişi barədə fikirlərini öyrəndik.

IV kurs tələbəsi Nuranə Həsənovanın sözlərinə görə, universitetdə semestr imtahanları da test üsulu ilə keçirilir, ötən il test suallarının sayı 500 idisə, bu il 700-ə çatdırılıb. Həmsöhbətimiz sualların çətinliyindən də gileyləndi.

Tofiq Məmmədov isə bildirdi ki, ötən il universitetdə yazılı imtahan tətbiq olunub. O, bir tələbə olaraq öyrəndiklərini ifadə eləmək baxımından yazılı imtahanı əlverişli hesab etsə də, test üsulunun daha asan olduğunu vurğuladı. İmtahana 90 dəqiqə müddət ayrıldığını qeyd edən tələbə bildirdi ki, kompüter vasitəsilə avtomatik olaraq 700 sualdan seçilib verilən 50 sualın əksəriyyətini cavablandırıb.

İmtahan prosesində iştirak edən-etməyən bütün tələbələrlə söhbətimizdən belə məlum oldu ki, təhsil müəssisəsinə Ədalət Muradov rəhbərlik edəndən imtahanlarda rüşvətin kökü kəsilib.

İmtahanların gedişi ilə tanışlıqdan sonra rektor Ədalət Muradov jurnalistlərlə çay süfrəsi arxasında görüşdü. Rektor universitetin hədəfləri, aparılan islahatlar və iş prosesində qarşıya çıxan problemlərdən danışdı. Bildirdi ki, qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlərlə görüşün məqsədi universitetdə tədrisin keyfiyyətini artırmaq üçün ictimai nəzarəti təmin etməkdir: “Hesab edirik ki, atdığımız bütün addımlar təhsilin keyfiyyətini artırmaq üçündür”.

Rektor əminliklə bildirdi ki, imtahan prosesləri tam şəffaf və obyektiv keçir. 2014-cü ilin martında rektor təyin olunan Ədalət Muradov test imtahanlarından çox yazılı imtahanlara tərəfdar olduğunu vurğuladı. Onun fikrincə, tədrisin keyfiyyəti baxımından yazılı imtahanın üstünlükləri daha çoxdur, amma bu imtahan formasında subyektiv amillərin qarşısını almaq mümkün deyil: “Universitetin Elmi Şurası yazılı imtahana keçidlə bağlı qərar versə də, ötən il birinci sessiyanın nəticələri təhlil olunarkən, nə tələbələr razı qaldı, nə də mən özüm. Çünki imtahan prosesində subyektiv amillərin rolu artmışdı. Hətta müəllim vardı ki, tələbələrin cavablarını yoxlamadan qiymətlər yazmışdı.

Ona görə qərara gəldik ki, test üsuluna qayıdaq. Çünki keyfiyyət uzunmüddətli nəticədirsə, qısa müddət ərzində obyektiv və şəffaflığı təmin etmək daha önəmlidir. Hazırda “Sabah” qrupları, magistrlar, MBA üzrə I kurslar və Beynəlxalq İqtisadiyyat Məktəbi istisna olmaqla bütün tələbələrimiz test üsulu ilə imtahan verirlər. Yazılı imtahanlar keçirilən sahələrdə yalnız magistrlarla bağlı narahatlıqlarımız var deyə, onlar üçün də qeyri-ixtisas fənlərindən imtahanları test üsulu ilə keçiriləcək”.

Qış imtahan sessiyasındakı yeniliklərdən danışan rektorun sözlərinə görə, vaxtilə test imtahanlarındakı sualların sayı 1500 olub, bəzi müəllimlər bu sualların cavablarını tələbələrə müəyyən şərtlər daxilində paylayaraq subyektivliyə yol veriblər: “Ona görə biz səmimi olmağa qərar verdik. Testlərin keyfiyyətini artırıb, sayını 500-dək azaltdıq və cavablarını da heç bir şərtsiz Elmi Şuranın qərarı ilə açıq şəkildə universitetin saytına yerləşdirdik. Bu ildən testin sayını 700-ə çatdırdıq. Bundan tələbələr narazıdırlar.

Düşünürük ki, testin cavabları kitab formasında onlara paylansın. Amma metodoloji baxımdan nə testin sualları, nə də cavabları tələbəyə verilməlidir. Gələcəkdə müəllimlər tədrisin keyfiyyətini artırdıqca, imtahan formasının seçilməsi onların öz ixtiyarına buraxılacaq”.

Universitetdə təhsil haqqının artırılmadığını və bunun yaxın gələcəkdə nəzərdə tutulmadığını deyən rektor əlavə etdi ki, akademik borclara görə ikinci dəfə imtahan vermək üçün  müəyyən məbləğ ödəyən tələbələri bu ödənişdən Elmi Şuranın qərarı ilə azad ediliblər.

Pedaqoji heyətin orta aylıq əməkhaqqının 960 manat olduğunu söyləyən rektorun sözlərinə görə, devalvasiya nəzərə alınıb: “Dollar ekvivalenti ilə müqayisədə düşünürəm ki, kifayət qədər yüksək əməkhaqqıdır. Amma əməkhaqqının artırılması üçün universitetin imkanları qalır. Müəllimlərin tədris bacarığına uyğun dərs yükünün artırılması və müəllim sayının azaldılması hesabına əməkhaqqı artımı da gözlənilir.

917 müəllimimiz var. Universitetdə professor-müəllim heyətinin 25 faizdən çoxunun yaşı 69-dan yuxarıdır. Ən yaşlı müəllimimizin 88 yaşı var. Pensiya yaşı çatan müəllimlərinin təqaüdə göndərilməsi, gənc kadrlara üstünlük verilməsi hesabına əməkhaqları artırılacaq. İlk dəfə olaraq İqtisad Universiteti difersiallaşdırılmış əməkhaqqı sisteminə keçib.

100 ən yaxşı müəllim seçiləcək və onların əməkhaqqı stimulyasiya olunacaq. Top-onluğa daxil olan müəllimlərin əməkhaqqı ikiyə vurulacaq. Tədris göstəricilərinə 40 faiz, 40 faiz elmi fəaliyyətinə, 20 faiz də özünün konfranslarda, ictimai həyatda fəaliyyətinə nəzərə alınmaqla əməkhaqqı veriləcək. İmpakt faktorlu jurnallarda 3-dən yuxarı məqaləsi çap olunan müəllimə isə 2 min dollar qonorar veriləcək. Ona görə də elmi məqalələrin çap olunması istiqamətində universitetdə canlanma var”.

Rektorun sözlərinə görə, universitetdə inzibati işçilərin sayı müəllimlərin sayı qədərdir: “İqtisadçı olaraq devalvasiyanın təsirindən işçilərimizi sığortalamaq üçün müvafiq addımlar atmağı nəzərdə tutmuşuq”.

Rektor universitetdə 18 mindən çox tələbənin təhsil aldığını vurğuladı: “Rektor olaraq inandığım və güvəndiyim ən güclü qüvvə tələbələrimdir. Universitetdə baş verən ən kiçik neqativ hadisədən məndən tez xəbər tutan olmur”.

Ədalət Muradov məlumat verdi ki, sentyabr ayından tələbələrin dərsə davamiyyəti barmaq izi ilə yoxlanacaq.

Universitetdə əcnəbi tələbələrinin sayının çoxluq təşkil etdiyini bildirən rektor əcnəbilərin təhsilhaqqının əhəmiyyətli dərəcədə artırıldığını da vurğuladı: “Əcnəbi tələbələri cəlb etməklə həm İqtisad Universitetinin reytinqinin artırılması, həm də maliyyə mənbələrinin genişləndirilməsinə nail olacağıq. Dərbənddə filialımız var, orada da tələbə qəbulunu reallaşdıracağıq”.

Ötən il universitet məzunlarının təqribən 38 faizinin işlə təmin olunduğunu xatırladan rektorun sözlərinə görə, iş adamları ilə birgə “Tələb işə götürənlərdən, təklif UNEC”-dən adlı kampaniyaya start veriləcək: “Qeyd edim ki, UNEC universitetimizin yeni əmtəə nişanıdır. Bütün dünya universitetimizi bu adla tanıyacaq. Düşünürəm ki, bu brend universitetimizin cəmiyyətə yaxşı bələd olan mənfi imicindən yaxa qurtarmasına da kömək edəcək”.

“Müstəqillik dövrünün ilk illərində Azərbaycanda diplomlu işsizlər böhranı yaşanırdı ki, bu sırada daha çox iqtisadçıların adı çəkilirdi. Sizcə, 18 min tələbəni keyfiyyətli kadr olaraq yetişdirmək nə qədər realdır” sualımıza cavabda rektor dedi ki, universitetdə tələbələrin sayı artırılmayıb: “Biz tələbə sayını artırmamışıq. Hesab edirəm ki, ildə 4 min məzun çox deyil. Cənubi Qafqaz üzrə 10 min nəfərə düşən ali təhsilli vətəndaşların və ali təhsilli tələbələrin sayına görə Azərbaycan ən aşağı yerdədir. Keyfiyyətli kadr hazırlığı məsələsi təkcə təhsil müəssisəsinin işi deyil. Biz  iqtisadiyyat sahəsi üzrə kadr hazırlayan icraçı müəssisəsiyik. Əmək bazarına tələbatına uyğun olaraq bizə sifariş verilməlidir, biz də bu sifarişə uyğun kadrlar hazırlayaq. Hazırda bu istiqamətdə nəticəsi uğurlu gözlənilən tədbirlərə də start vermişik”.

Sevil  HİLALQIZI 

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Fixbet - Starzbet - onwin -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle - pump fun sniper bot - marsbahis - marsbahis - marsbahis