nazar_aydini.e.n., dos. Məmmədov Aydın Bayram oğlu

1956-cı ilin yanvarın 21-də Ağstafa şəhərində anadan olub.

1963-1973-cü illərdə Ağstafa şəhər 2 saylı məktəbdə təhsil alaraq məktəbi qızıl medalla bitirib.

1973-cü ildə AzXTİ-nin (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Siyasi iqtisad ixtisasına qəbul olunmuşdur.
1978-ci ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.

1978-ci ildə Ali Təhsil Nazirliyinin təyinatı ilə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) “Siyasi iqtisad” kafedrasına assistent vəzifəsinə göndərilib.

1978-ci ilin dekabrından 1980-ci ilin iyun ayınadək ordu sıralarında qulluq edib.

1980-ci ilin iyun ayında əvvəlki iş yerinə, həmin vəzifəyə qayıdıb.

*
1981-ci ildə həmin kafedranın əyani aspirantı olub, 1984-cü ildə aspiranturanı bitirib.
İqtisad elmləri namizədidir.

Həmin ilin sentyabrında həmin kafedrada kabinet müdiri vəzifəsinə təyin olunub.
1988-ci ildə həmin kafedrada müəllim vəzifəsinə seçilib.
1991-ci ildə baş müəllim, 1993-cü ildə dosent vəzifəsinə seçilib.

1999-cu ildə BDU-nun “Beynəlxalq iqtisadi əlaqələr və idarəetmə” kafedrasında;
2006-cı ildə “Gömrük işinin təşkili və idarəetmə” kafedrasında dosent vəzifəsində işləyib.

2009-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə-1” kafedrasında dosenti olub.

Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının dosentidir.

İki övlad atasıdır.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI