29 may 1964-cü ildə Saatlı rayonunun Camışlı kəndində anadan olmuşdur.
D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Əmtəəşünaslıq fakültəsini bitirmişdir.
1985-1990-cı illərdə Azərittifaqın Tələbə İstehlak Cəmiyyətində iqtisadçı kimi çalışıb.
1992-1993-cü illərdə Azərbaycan Texnologiya İnstitutunda assistent stajçı işləmişdir.
1993-1998-ci illərdə Bakı Əmtəəşünaslıq Kommersiya İnsitutunda “Beynəlxalq ticarət və birja işi” kafedrasında assistent, baş müəllim kimi çalışmışdır.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin idarəedilməsi” kafedrasında baş müəllim vəzifəsində çalışır.
2016-cı ilin dekabrında UNEC-dəki səmərəli elmi-pedaqoji və əmək fəaliyyəti nəzərə alınaraq təşəkkür elan edilmişdir.
Ailəlidir.
*
Tədris etdiyi fənnlər:
Bakalavr pilləsində: “Marketinq”,“Marketinqdə məhsul siyasəti”, “Bazar infrastrukturu”, “Ehtiyatların idarə edilməsi”
MM-də: “Təchizat zəncirində ehtiyatların idarə edilməsi”
*
“İstehlakçı davranışı” fənnindən açıq dərs (08.12.2016)