Köçərli Leyla Rais qızı

sfera_leyla_foto

1980-ci ildə Abşeron rayonunda doğulmuşdur.

1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Təhsil, elm və sosial-mədəni sahələrin iqtisadiyyatı» ixtisası üzrə bakalavr, 2002-2004-cu illər Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisadiyyatın dövlət tənzimlənməsi» ixtisatı üzrə magistraturanı fərqlənmə diplomları ilə bitirmişdir.

2002-2006-cı illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin «Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi» kafedrasında laborant, 2006-cı ildən isə həmin kafedrada (0,5 ştat) müəllim vəzifəsində çalışır.

ADİU-də «Qloballaşma şəraitində dünya iqtisadiyyatı və yeni informasiya texnologiyaları» mövzusunda keçirilən elmi konfransda I yerə layiq görülmüşdur. 2000-ci ildə Azərbaycan Respublikası «SİMURQ» Azərbaycan Mədəniyyət Assosiasiyası Prezidenti tərəfindən təşəkkür fərmanı ilə, 29 mart 2002-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının sədri tərəfindən diplomla təltif olunmuşdur. Azərbaycan Dövlət İqtisad Universiteti, MDB-nin Qiymətləndirmə Sovetinin və Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin 11 noyabr 2003-cü il Bakı Şəhərində keçirilmiş «Əmlak bazarı və milli standartların qiymətləndirilməsi» Beynəlxalq Elmi-Praktiki Konfransının diplomu ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm İnstitutunda 22 noyabr 2008-ci ildə II, 19 dekabr 2009-cu ildə III Respublika elmi-praktiki konfranslarında universitetimiz adından müxtəlif mövzular üzrə çıxış etməklə sertifikatlarla təltif edilmişdir.

8 elmi məqalənin müəllifidir.  7 fənn proqramının hazırlanmasında müəlliflər qrupunda iştirak etmişdir.

Evlidir. İki övladı var.
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna