UNEC-də 2016/17-ci tədris ilinin yay imtahan sessiyası davam edir.
İctimaiyyətə açıq keçirilən imtahanlarda obyektivliyi və şəffaflığı təmin etmək məqsədi ilə UNEC-in “Qaynar xətt” xidməti jurnalistlərə həvalə edilib.
“525-ci qəzet”in müxbiri Sevinc Qarayeva UNEC-də imtahan prosesinin gedişini izləyib. Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri ilə yazılı imtahanlar barədə söhbət edib. Jurnalist tələbələrin imtahana hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
Sonra isə o, UNEC-in “Qaynar xətt” xidmətinə daxil olan müraciətləri dinləyib. İş gününün sonunda müraciətlər barədə unec.edu.az saytına məlumat verən S.Qarayeva gün boyu heç bir neqativ halla rastlaşmadığını, müraciətlərin əsasən sorğu xarakterli olduğunu bildirib.