20 dekabr 1935-ci ildə Gədəbəy rayonunun Söyüdlü kəndində kəndli ailəsində anadan olmuşdur.
1945-1955-ci illərdə Söyüdlü kənd orta məktəbində təhsil almışdır.
1955-ci ildə Azərbaycan Dövlət Universitetinin Riyaziyyat fakültəsinə daxil olmuş, 1960-cı ildə bitirmişdir.
1960-1963-cü illərdə Azərbaycan Neft-Kimya institutunun “Ali riyaziyyat” kafedrasında müəllim vəzifəsində işləmişdir.
1963-1966-cı illərdə əyani aspirant olaraq Moskva şəhərində məşhur professor M.A.Naymarkın rəhbərliyi ilə Elmlər Akademiyasının Steklov adına Riyaziyyat-Mexanika İnstitutunda alimlik dərəcəsi almaq üçün elmi iş yazaraq 1967-ci ildə fizika-riyaziyyat elmləri namizədi dərəcəsini almışdır.
1967-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Ali riyaziyyat” kafedrasında baş müəllim, dosent vəzifəsində işləmişdir.
2020-ci ildən “Riyaziyyat və statistika” kafedrasının dosentidir.
20.04.2022-ci tarixdən həmin kafedranın professoru vəzifəsinə keçirilib.
UNEC-in Fəxri professorudur.
*
55-dək elmi əsəri çapdan çıxmışdır. Bu elmi əsərlərin 15-i xaricdə dünyanın məşhur riyaziyyat jurnallarında iri həcmdə çap olunmuş və müxtəlif dillərə tərcümə olunmuşdur. Bir iri həcmli monoqrafiyanın (220 səh.), “Ali riyaziyyat kursuna aid məsələ və misallar” (I hissə 317 səh.), (II hissə 489 səh.), “Ali riyaziyyat kursundan mühazirələr” (472 səh.), “Riyazi analiz, ehtimal nəzəriyyəsi və riyazi statistikadan mühazirələr” (656 səh.), “İqtisadçılar üçün Ali riyaziyyat kursuna aid məsələ və misallar” dərs vəsaitlərinin müəllifidir.